“Qeyri-ədalətli mövqelərinin ifşa edilməsi çox vacibdir” - POLİTOLOQ ŞƏRH ETDİ
Mən özüm də dəfələrlə qarşılaşmışam və əsasən də Qərbdə yerləşən, elə Rusiyanın özündə də olan akademik jurnallar, yaxud informasiya saytları birtərəfli mövqe tuturlar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Səbəblər fərqlidir və səbəblərdən biri kimi onların redaksiyalarında erməni əsilli jurnalistlərin olması, yaxud Türkiyə liderinə qarşı Qərbdə böyük qüvvələrin olmasıdır.
“Türkiyə Azərbaycanı dəstəkləyirsə, demək ki, Türkiyəyə qarşı olan münasibət Azərbaycana da şamil edilir. Eyni zamanda islamafob qüvvələr var ki, onlar həzm edə bilmirlər ki, müsəlman dövləti xristian dövlətini etnik təmizləmədə, beynəlxalq hüququn pozulmasında ittiham edir və əsaslı şəkildə bunu həyata keçirir. Yəni, bir çox səbəblər var ki, onların çoxusu da demək olar ki, tam əksəriyyəti subyektiv xarakterlidir və bu Azərbaycanın haqlı mövqeyini işıqlandırmağa imkan vermir. Bu da əlbəttə həmin strukturlarla iş bəzən də onların bu qeyri-ədalətli mövqeyinin bax bu formada ifşa edilməsi, nümayiş etdirilməsi çox vacibdir ki, gələcəkdə də Azərbaycanın ən azından cavab hüququnun tanınması da mümkün olsun”, deyə politoloq Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB