Paşinyan faktiki olaraq dövləti idarə edə bilmir - MÜNASİBƏT BİLDİRİLDİ
"Ümumiyyətlə ermənilər haqqında danışanda unutmaq olmaz ki, min illər boyu onlar bir xalq, bir millət olaraq formalaşa bilməyiblər. Ermənilər həmişə kimlərinsə təsiri ilə, göstərişi ilə, diqtəsi ilə yaşamış bir tayfa, toplum olublar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, ermənilərin özü bir xalq deyil ki, özləri də müstəqil dövlət qursunlar: "Bir tərəfdən Paşinyan Azərbaycan və Türkiyə ilə razılaşdığını elan edir. Digər tərəfdən isə onlar sərhəddə bir sıra təxribatlara əl atırlar. Düşünürəm ki, bunun əsas iki izahı var. Birincisi Paşinyan bu cür çıxışlarla Ermənistanın mövqeyini bu formada nümayiş etdirməklə dünyanı aldatmağa çalışır ki, guya Ermənistan tərəfi sülh istəyir. İkincisi isə Paşinyan faktiki olaraq dövləti idarə edə bilmir. Dövlət tamamilə tör-töküntülərdən ibarət bir vəziyyətə gəlib çıxır. Nə Paşinyanın, nə də Ermənistan Parlamentinin qəbul etdiyi qərarlar, qanunlar ermənilərin vecinədir. Bu birmənalı şəkildə Ermənistanın zərərinə işləyən bir gedişatdır. Bu bir həqiqətdir ki, İrəvan da daxil olmaqla bütövlükdə Ermənistanın indiki dövlət qurduğu ərazi tarixi Azərbaycan torpaqlarıdır. Bu ərazidə Azərbaycan xalqı onlara şərait yaradıbsa və onlar bu ərazidə dövlət qura biliblərsə, təbii ki, bu da dünya güclərinin təzyiqi altında baş verib. Onlar bu gün bizə minnətdar olmaqdansa, onlara bu cür şərait yaradan xalqa qarşı təxribatlar törədirlər. Bunların hamısı kənardan idarə olunmağın və eyni zamanda erməni toplumunun dövlətçilik anlayışının olmamasının nəticəsidir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB