“Ermənistanın provokasiyalarına konkret cavab verilməlidir” - POLİTOLOQUN AÇIQLAMASI

“Ermənistanın provokasiyalarına konkret cavab verilməlidir” - POLİTOLOQUN AÇIQLAMASI

“Ermənistan bir dövlət olaraq terrorist dövlətdir və bu ölkədə heç zaman demokratik institutlar, nə seçki, nə idarəetmə, nə hərbi, nə siyasi idarəetmə orqanları demokratik olmayıbdır. Sonuncu hadisələr, Qazaxıstan hadisələri, yəni KTMT-yə daxil olan dövlətlərin tərkibində Ermənistanın Qazaxıstan dövlətinə daxil olması və qazax xalqına divan tutması, terroristlər adı altında, KTMT-dəki öz rolunu möhkəmlətmək istəməsi, hətta belə deyək, yanvarın 10-da KTMT iştirakçı dövlət başçılarının onlayn görüşündə Qarabağ hadisələrində guya ki, Azərbaycan tərəfdən terroristlərin başqa dövlətin hərbi kontingentinin işlənməsi haqqında Paşinyanın xəyali fikirləri KTMT tərkibində olan dövlətlərin diqqətini Azərbaycan-Ermənistan münaqişəsinə cəlb etməkdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Politoloq vurğulayıb ki, yəni bu, Kəlbəcər istiqamətində Azərbaycan tərəfinin ermənilər tərəfindən atəşə tutulması, hətta bu günlərdə guya ki, Azərbaycan Ordusu tərəfindən qırmızı bazar istiqamətinə atəşlərin açılması və guya ki, mülki vətəndaşlara, avtomobillərə zərər yetirilməsi və ümumilikdə bunlar hamısı xam xəyaldan ibarətdir.

“Dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Paşinyan özü bu günkü gündə Ermənistan daxilində siyasi rəqiblərinə qarşı repressiv institutlardan, yəni təhlükəsizlik orqanlarından, prokurorluq orqanlarından, polis orqanlarından istifadə edir və cənab Prezident İlham Əliyevin dediyi kimi, heç zaman Ermənistanda dövlət institutları olmayıbdır, dövlət şəklində Ermənistan fəaliyyət göstərməyibdir, hər hansı bir dövlətin əlində oyuncaq fiqurdur.

Ermənistan həm Avropanın, həm ABŞ-ın, həm Rusiyanın forpostundan başqa irəli gedə bilməyibdir və Avropa İttifaqının Şərq Tərəfdaşlığı platformasında Ermənistana olan yardımlar dərhal dayanmalıdır. Çünki, sonuncu, Qazaxıstan hadisələrində Ermənistanın qoşunlarının Qazaxıstana yeridilməsi Ermənistan dövlətinin xarakterini bir daha dünya ictimaiyyətinə göstərdi. Ona görə də Azərbaycan tərəfi və Şərq Tərəfdaşlığına daxil olan digər dövlətlər Avropa İttifaqına, eləcə də ABŞ-a da müraciət edərək bildirə bilər ki, Ermənistana verilən yardımlar dərhal dayandırılsın.

Ermənistan şər dövlətidir. Bu dövlət heç zaman dinc yaşama, sülh şəraitində yaşama prinsiplərini qəbul edən dövlət olmayıb. Ermənistanın hər zaman bizim dövlətlərimizdə gözü olubdur. On doqquzuncu əsrin əvvəllərindən, yəni 1820-ci illərin əvvəllərindən Azərbaycan torpaqlarından özlərinə bir dövlət yaradan xalqdır bunlar. Ona görə də Ermənistanın bu provokasiyalarına konkret cavab verilməlidir. Yəni ilanın başını yuvasında əzmək lazımdır.

Qeyri-demokratik yolla, yəni dövlət çevrilişi ilə hakimiyyətə gələn, qeyri-demokratik yolla hakimiyyəti idarə edən, bu günkü gündə də terrorist olan, yəni başqa dövlətin ərazisinə soxulan, təcavüz yolu ilə dövlət qurmaq istəyən, hakimiyyətin idarə edilməsini qeyri-demokratik üsullarla, repressiv metodlarla həyata keçirən bir dövlətin başqa dövlətdən yardım alması düzgün deyil. Bununla əlaqədar çox aktiv olaraq hərəkət etməliyik və həm ABŞ, həm Avropa İttifaqının başqa dövlətlərinin qarşısında Ermənistana olan yardımların da dayandırılması haqqında məsələni təcili olaraq qaldırmaq lazımdır”, deyə politoloq Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə