“Şuşa Azərbaycanın incisidir!" -PARTİYA SƏDRİ ŞƏRH ETDİ

“Şuşa Azərbaycanın incisidir!" -PARTİYA SƏDRİ ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan hər bir addım Azərbaycanı sadəcə və sadəcə irəliyə aparacaqdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, 2022 -ci ilin “Şuşa İli” elan olunması əlamətdar hadisədir.

"Qeyd etmək gərəkir ki, Şuşa Azərbaycan xalqının həyatında mühüm rol oynayır. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin “Şuşa İli” elan edilməsi ən əvvəl şəhidlərimizin ruhuna sayqını, hörməti nümayiş etdirir. Bu isə müqəddəs bir amaldir. Şuşamızda bayrağımızın dalğalanması Azərbaycan xalqının illərdir çəkdiyi acı və zülm üzərindəki qələbəsi deməkdir. “Şuşa İli”nin elan olunması gənclərimizin vətənpərvər ruhda yetişməsi, Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimizin adını, ruhunu yaşatmaq deməkdir. Şuşa Azərbaycançılıq ideologiyasının fəlsəfəsidir.

Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi Azərbaycanı ancaq və ancaq işıqlı sabahlara aparacaq. Çünki bu gün Azərbaycan məhz Cənab Prezidentin sayəsində bütün dünyaya özünün müstəqil, nüfuzlu, iradəli və qətiyyətli bir dövlət olduğunu sübut etdi. Azərbaycan ordusu bütün dünyaya gücünü sübut etdi. Azərbaycan xalqı həmrəyliyini, dəmir yumruq kimi cənab Prezidentin ətrafında birləşə bildiklərini göstərdi. Dövlət rəbərinin apardığı siyasət isə nəinki Azərbaycanın inkişafından xəbər verir, digər tərəfdən beynəlxalq təşkilatların falş fəaliyətlərini ifşa edir.

Status-Kvoya son qoyuldu. Regionda bir sıra dövlətlərin silah ticarəti üçün nəzərdə tutduqları Qarabağ münaqişəsinin qaynar nöqtə olmasına son qoyuldu. Ölkəmiz bölgədə sülh, barış və sabitliyin təmin olunması üçün həm diplomatik baxımdan, həm də hərbi baxımdan öz gücünü göstərməyə müvəffəq oldu. Bu tendensiya danılmaz faktdır. Bu gün artıq Azərbaycan nəinki Qarabağ məsələsini həll etdi, bu gün Azərbaycan artıq Zəngəzurdan danışır. Artıq danışıqlar masasında Qarabağ yox, Zəngəzur var. Bu fakt özü-özlüyündə Azərbaycanın diplomatiyadakı böyük zəfəridir.

Hesab edirəm hər bir addım Azərbaycanı sadəcə və sadəcə irəliyə aparacaqdır. “Şuşa İli” elan olunması isə bu ilə böyük ümidlərin olduğunun göstəricisidir. Şuşa Azərbaycanın incisidir. İşğaldan azad olunmuş ərazilərə illərdir qaçqın və məcburi köçkün statusunda yaşayan soydaşlarımızın böyük köçünün realizə olunacağı bir il olacağını gözləyirik. Bu isə Qarabağ qələbəsinin ikinci dəfə yaşanması deməkdir. Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır!", deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə