“Proqressiv Ədəbiyyat və Mədəniyyət Cəmiyyəti” FOTOLAR

“Proqressiv Ədəbiyyat və Mədəniyyət Cəmiyyəti” FOTOLAR

Azərbaycandan Beynəlxalq Multikultural Şəbəkə Hindistan üzrə partnyoru “Proqressiv Ədəbiyyat və Mədəniyyət Cəmiyyəti” adlı təşkilatla birgə onlayn elmi vebinar təşkil etdilər. Vebinarın budəfəki mövzusu Gender Diskriminasiyası ilə bağlı idi. Elmi Konfransın təşkilatçılıq məsələlərinə Beynəlxalq Multikultural Şəbəkənin Hindistan üzrə nümayəndəsi Dr.Şamenaz Bano rəhbərlik edirdi.

Vebinarin idarəçisi Dr. Anita Şarma iştirakçılara təqdim edildikdən, sonra özünün çıxışında Cənubi-Asiya bölgəsində gender ayrı-seçkiliyi ilə bağlı geniş məlumat verdi. Ənənəyə sadiq qalaraq, tədbirin spikeri kimi ilk sözü nümayəndəmiz Roma Universitetinin dosenti, Dr. Elizabet Marinoya verdi. O, “İtaliyada qadınların akademik, məişət və sosial normalarda mövqeyi” mövzusunda fikirlərini vebinar iştrakçıları ilə bölüşdü. Spiker kimi növbəti söz Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Dr. Xəyalə Məmmədovaya verildi. Xəyalə Məmmədova “Qlobal problemlər: Azərbaycanda gender ayrı-seçkiliyinə, gender münasibətlərinə və tendensiyalara qarşı mübarizə” mövzusunda geniş çıxış etdi. Xüsusilə də, bu istiqamətdə Azərbaycan Respublikasının örnək addımlarını paylaşdı. Bundan başqa, Amerika Birləşmiş Ştatlarından Dr. Melissa Studdard, Hindistandan Dr.Anupama Şarma və digər alimlər bu istiqamətdə çıxışlarını təqdim etdilər. Eyni zamanda, 12-yə yaxın müxtəlif ölkələrdən elmi-tədqiqatçılar öz maraqlı çıxışlarını icazə alaraq, paylaşdılar. Vebinara qoşulan iştirakçıların sualları cavablandırıldıqdan sonra vebinar başa çatdı.

Bütün xəbərlər Facebook səhifəmizdə