İstanbul şəhərində "Tarix boyu Türkiyə-Azərbaycan münasibətləri" mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Başkonsulluğu tərəfindən Kent Universitetində təşkil edilib.
Tədbirdə Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq müqavilələri, İkinci Qarabağ müharibəsi dövründə pilotsuz uçuş aparatlarının rolu, eləcə də Qarabağ müharibəsinin siyasi və iqtisadi nəticələri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
İstanbul Kent Universitetinin rektoru professor Nəcməddin Atsü Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin tarixi əhəmiyyətini xüsusilə vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Hikmət Babaoğlu Azərbaycanın tarixi Qarabağ Zəfəri və bu şanlı hadisənin tariximizdəki xüsusi rolu haqqında danışıblar.
Bildirilib ki, 44 günlük Vətən müharibəsinin hərbi əməliyyatlarına son qoyan razılaşma əhəmiyyətli və mühüm məsələləri özündə əks etdirir.
Eyni zamanda tədbirdə Azərbaycanın 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatındakı rolu, eləcə də ölkəmizin beynəlxalq miqyasda atdığı mühüm addımlardan söz açılıb.
Tədbirin sonunda universitetin kitabxanasında yaradılan "Azərbaycan guşəsi"nin açılışı və “Şuşa - Bərabər yeridik biz bu yollarda” kitabının təqdimatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB