Şuşanı türk dünyasının əbədi mədəniyyət paytaxtı elan etmək lazımdır - SABİQ SƏFİR ŞƏRH ETDİ

Şuşanı türk dünyasının əbədi mədəniyyət paytaxtı elan etmək lazımdır - SABİQ SƏFİR ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan etməsini çox yüksək qiymətləndiririk. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənə ilə qeyd olunacaq". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hukusi Kılıç deyib.

Onun sözlərinə görə, 2022-ci ilin Azərbaycanda "Şuşa" ili elan edilməsi böyük əhəmiyyətə malikdir: "Bu qərar bir daha göstərdi ki, Qafqazın incisi hesab olunan qədim Şuşa hər zaman Azərbaycan üçün birlik və zəfər rəmzi olacaq. Bu qərar türk dünyası üçün də böyük əhəmiyyət kəsb edir. Şuşanı türk dünyasının əbədi mədəniyyət paytaxtı elan etmək lazımdır. Eyni zamanda hesab edirəm ki, türk dünyasına bağlı olan müxtəlif beynəlxalq təşkilatlar bu il ərzində Şuşanı öz fəaliyyət proqramlarının ön sırasında qeyd etməlidir. Bu təşkilatlar tərəfindən ilboyu Şuşada silsilə elmi, mədəni tədbirlər, konfranslar, festival və konsertlər keçirilməlidir. İstər ermənilər, istərsə də bütünlüklə dünya bundan öz mesajını almış olar. 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə biz bir daha bütün dünyaya Şuşanın Azərbaycan üçün nə qədər önəmli olduğunu göstərdik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə