Qazaxıstanda iğtişaşlara səbəb nə oldu? -Rusiyalı sosioloqun şərhi
Qazaxstanda artıq 6-cı gündür ki, qərbdən başlayan və demək olar ki, bütün ölkəni bürüyən iğtişaşlar davam edir. Qazaxıstan hakimiyyətinin fövqəladə vəziyyət elan etməsinə baxmayaraq, gərginliyin dərəcəsi azalmayıb. Ekspert icmasının fikrincə, bu, son 30 ildə ən böyük kütləvi etiraz aksiyalarıdır və əgər 90-cı illərdə etiraz aksiyaları rusdilli müxalifətin iştirakı ilə keçirilirdisə, indiki etirazlar qazaxdilli müxalifətin əhval-ruhiyyəsini əks etdirir, əsasən də ölkənin bölgələrində.
Rusiyalı ekspert, tanınmış sosioloq və ictimai xadim Aleksandr Jukovski Qazaxıstanda kütləvi nümayişlərə səbəb olan səbəblərlə bağlı fikirlərini “Caliber” analitik mərkəzinə bildirib. Politoloqun şərhini təqdim edirik.
Ekspertin fikrincə, vətəndaşların kütləvi çıxışları dinamikasını itirmiş dövlət rejimlərinə (hakimiyyətlərə), əhalinin rəyinə, qanuni inkişaf hədəflərinə ciddi göstərici və çağırışdır: “Eyni zamanda, mövcud təbliğatla dəstəklənən xarici rifahı regionlarda saxlamaq olar. Məsələn, 2021-ci ilin sonlarında “Gallup International” illik xoşbəxtlik, ümid və rifah indekslərini dərc etdi. Bu sorğularda Qazaxıstan ən optimist ölkələrdən biri kimi görünür: qazaxıstanlıların 81%-i özünü xoşbəxt hiss edib (müqayisə üçün Ukrayna- 51%, Rusiya - 41%). Bundan əvvəl 2018-ci ilin yazında Ermənistanda baş verən məxməri inqilab nəticəsində Ermənistan prezidenti Sarkisyanın rəsmi reytinqinin 80%-dən yuxarı olmasına baxmayaraq o və rejimi bir anda yıxıldı.
Əvvəllər, eyni məntiqlə, 1991-ci ildə iqtisadi və sosial cəhətdən ən uğurlu QİYŞ ölkələri (Qarşılıqlı İqtisadi Yardım Şurası) sosialist düşərgəsini “sevinc”lə tərk etmiş, onlardan sonra isə SSRİ-nin sosial cəhətdən ən uğurlu respublikaları “SSRİ-nin ləğvi” təşəbbüsü ilə çıxış etmişdilər.
Bu gün hərəkatın imitasiyasına qapılan dövlət rejimlərinin əhalisinin fəal surətdə nümunələr axtarması və formalaşdırması nəzərə çarpır. Bəzi insanlar kollektiv Qərbi, bəziləri Şərqi, Cənubu və s nümunə götürür. Belə bir yayılma müsbət konsolidasiya edən inkişaf məqsədləri yaratmır, əksinə, şahidi olduğumuz çoxsaylı etnik və dini münaqişələrə şərait yaradır. Yuxarıda göstərilən dinamikadan istisnalar var, məsələn, geridə qalmış, diqqətdən kənarda qalmış Finlandiya müstəqillik qazanaraq dünya düzülüşü və maraqlarının strukturunda öz yerini tapmağı bacarıb. Digər misal Azərbaycandır. Ölkə özünü bir neçə güclü və inkişaf edən geostrateji maraqların episentrində tapdı: Çin-Rusiya-Türkiyə-Avropa. Eyni zamanda, o, tərəflərin maraqlarına diqqət və hörmət nümayiş etdirir, müstəqil beynəlxalq logistika mərkəzi- bu regionda beynəlxalq rəqabəti azaldan bufer kimi mövqe tutur, iri oyunçuların hər biri ilə əməkdaşlığında maraqlı vasitəçi kimi görünür.
Əgər Qazaxıstana qayıtsaq, oradakı proseslərin postsovet məkanında cərəyan edən resurs yanaşmasının surətlərindən birinə çevrildiyi nəzərə çarpır. Qazaxıstanın əsas iqtisadi tərəfdaşı Çin, ondan sonra isə Rusiyadır. Qazaxıstanın xarici ticarət dövriyyəsinin təxminən 30%-i Aİ-nin payına düşür. Zəngin resurs bazası: uran hasilatında dünyada 1-ci yer (dünya istehsalının 40%-dən çoxu), neft, qızıl, xrom, titan- müəyyən sosial qrupların spekulyativ maraqları üçün kifayət qədər böyük hədəfdir. İqtisadi və istehsalat münasibətlərində ölkənin işgüzar və siyasi dairələrinin ayrı-ayrı nümayəndələrinə məna və məqsədlər verilirdi, əsas tərk edilmiş əhali kiminsə gələcəyində özünə yer tapa bilməyib öz “təməllərinə” qayıdırdı: ambisiya, narazılıq, aqressiya.
Nazarbayevdən Tokayevə başlanmış planlı tranzit (hərəkət) əksəriyyət üçün aydın perspektiv olmadan, hətta cüzi və zahiri obyektiv hərəkətin təzahürü ilə sonrakı kortəbii çıxışlar üçün şərait yaratdı.
Bəzi “mütəxəssislərin” öz dinamikasını itirmiş ölkə fonunda mövcud xarici təsirlər haqqında arqumentləri tutarlı görünür, amma əsaslı deyil. Hadisələrin əvvəlində belə bir təəssürat yaranmışdı ki, etirazçılarda liderlər, dəqiq fəaliyyət planı, birlik yoxdur. Son sutka ərzində müxtəlif mənbələrdən alınan məlumata görə, Astanada vəziyyət başa düşülən forma alır. Qazaxıstanda sabitliyi “sabitliyi pozan amillərə” qarşı qorumaq üçün KTMT ölkələrindən sülhməramlılar gətirilir, infrastruktur obyektləri mühafizəyə götürülür, məmurlar dəyişdirilir, nifrət doğuran kadrlar ölkəni tərk edir. Etirazçılar gecə talanları ilə məşğul olurlar. Heç kim etirazçıların maraqlarını açıq şəkildə müdafiə etmir. Münaqişəyə yeni qüvvələr və imkanlar cəlb etmək təhlükəsi dayandırılıb. Ölkəni hissələrə (cənub və şimal) parçalamaqla hədələyən etiraz əhval-ruhiyyəsinin eskalasiyası hələ də aradan qaldırılır.
Qazax fenomeninin nəticələrini ümumiləşdirərək, "sabitliyin" praktikada yalnız elit və formal statistika üçün olduğunu iddia etmək olar.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB