Prezident və xanım məscidlərin tikilməsinə böyük diqqətlə yanaşır - DİN XADİMİ MÜNASİBƏT BİLDİRDİ
"Ölkəmizdə bir çox dini məkanlarımız, dini, müqəddəs ziyarətgahlarımız açılır və onların fəaliyyəti insanların istifadəsinə verilir". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, ölkə rəhbəri cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ziyarətgahların, məscidlərin, ibadətgahların açılması ilə xalqa, onun mənəvi yüksəlişinə böyük diqqət yetirirlər: "Bu yaxınlarda Şamaxıdakı Pirsaat Pirində yeni tikilən məscidin açılışında Prezidentimiz və xanımı iştirak ediblər. Bu gün isə Yeni Günəşlidə "Xanım Fatmeyi Zəhra" məscidinin yeni binasında yaradılan şəraitlə yaxından tanış olmuşlar. Bu ölkə rəhbəri cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xalqa və onun mənəvi dəyərlərinə verdiyi yüksək qiymətin göstəricisidir. Bu bizi fərəhləndirir və sevindirir. Dini kəsim bunu alqışlayır, dəstəkləyir.
Ulu Öndər Bibiheybət ziyarətgahının bərpasında qeyd etmişdir: "Azərbaycanda nə qədər dini ocaqlar, ziyarətgahlar varsa hamısı bərpa ediləcək. Bizim ömrümüz buna çatmasa davamçılarımız bunu davam etdirəcəklər". Həqiqətən də bu gün Heydər Əliyev məktəbini davam etdirən cənab Prezident İlham Əliyev, həmçinin Mehriban xanım Əliyeva bu məscidlərin tikilməsinə böyük diqqətlə yanaşır və bu məkanların bərpasında fəallıq göstərirlər. Allah-təala dövlətimizi qüdrətli eləsin, millətimizi var eləsin. Allah-təala dövlət rəhbərimizə, din rəhbərimizə güc-qüvvə versin. Belə bir məkanların açılmasında onların fəallığı fərəhvericidir. Xalqımız öz dualarından həm Prezidentimizi, həm də onun ailəsini əksik eləmir. Bu mübarək günlərdə Allah-təala bizim dövlətimizə güc və qüvvə versin. Həmişə bayrağımızı ucaltmağı nəsib etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB