Qazaxıstandakı hadisələrdən bir çox region dövlətləri nəticələr çıxartmalıdır - DEPUTAT MÖVQE BİLDİRDİ

Qazaxıstandakı hadisələrdən bir çox region dövlətləri nəticələr çıxartmalıdır - DEPUTAT MÖVQE BİLDİRDİ

"Əlbəttə, dost və qardaş Qazaxstanda baş verən hadisələr hər bir Azərbaycan vətəndaşını narahat edir. Bu gün dövlət qurumlarının binaları bağlıdır. Əmlaklara ziyan dəyib. Bunlar özlüyündə ölkə iqtisadiyyatına və ölkədə stabilliyə ciddi təsir edən məsələləridir". Bunu SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bu barədə fikirlərini belə izah edib: "Burada birmənalı olaraq ümumi proseslərin təhlili göstərir və ekspertlər də belə mövqe ortaya qoyur ki, burada kənar amillərin də rolu var. Ümumiyyətlə, bu dünya təcrübəsində elədir ki, bir sıra dövlətlərin ayrı-ayrı dövlətlərdə marağı olur. Belə olan halda bu maraqların həyata keçirilməsi üçün müəyyən təzyiq vasitələrindən, hadisələrdən istifadə edirlər. Bu baxımdan hesab edirəm ki, məsələ çox ciddidir. Birmənalı olaraq bu məsələdə biz xarici amilləri nəzərdən qaçırmamalıyıq. Eyni zamanda hesab edirəm ki, Qazaxıstanda baş verən hadisələr üçün bir çox region dövlətləri nəticələr çıxartmalıdırlar. Bu onu göstərir bölgədə marağı olan ayrı-ayrı dövlətlər zaman-zaman digər dövlətlərdə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışırlar. Bu baxımdan belə hərəkətlərin baş verməməsi üçün hamı çalışmalıdır. Hər kəs öz üzərinə düşəni etməlidir ki, belə hallar baş verməsin. Biz arzu edirik ki, tezliklə Qazaxıstanda sabitlik, istiqrar bərpa olunsun. Baş verən narahatlıqların tez bir zamanda yekunlaşmasını arzu edirik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə