Azərbaycan erməni yalanlarının üstündən xətt çəkdi - EKSPERT RƏYİ
“Ermənistan Azərbaycana qarşı tarix boyu dezinformasiya və sabotaj siyasətindən istifadə edib. Dağlıq Qarabağ regionunun tarixən ona mənsub olması barədə dünya birliyinə yalan məlumatlar verir, bu ərazidə yaşayan ermənilərin Azərbaycan hökuməti tərəfindən təhlükədə olması barədə dünyanı təkidlə inandırmağa çalışırdı. 30 illik danışıqlar prosesində təkidlə qondarma qurumu müstəqil dövlət kimi Azərbaycanla danışıqlar masasına əyləşdirməyə çalışıb. Eyni ritorikanı Paşinyan bugün də davam etdirərək Qarabağdakı terrorizmin yükünü öz çiyinlərindən ataraq separatçı qurumu məsul tərəf kimi göstərməyə çalışır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanda etnik azlıqlara qarşı ayrı-seçkiliyin həyata keçirilməsi barədə BMT-nin Baş katibinə yalan məlumatlar verməklə, dünya birliyində yanlış fikirlər yaratmağa cəhd edib: “Haqq nazilər üzülməz deyib atalarımız. Ermənilərin car çəkdiyi bütün yalanlar zamanla öz yerini tapdı. Azərbaycan öz hərbi gücü hesabına bütün yalanların üstündən xətt çəkdi. Lakin erməni yalanı müharibə zamanı da bitmədi. Rəsmi İrəvan müharibədə uğradığı məğlubiyyətə hər cür don geyindirməyə çalışdı. Əgər, Ermənistan ordusu bir gündə Azərbaycanın 2 PUA-sını vurmağa qadir idisə, nədən ordumuz bu gün Şuşada üçrəngli bayrağımızı qaldırır?!”
Z.Qarayeva vurğulayıb ki, eməni təbliğatının və yalanının biri də Azərbaycan ordusunun əks-hücumunda guya Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərin vuruşması barədə dezinformasiyalardır: “Azərbaycan Ordusu erməni işğalı altında olan ərazilərini öz gücü ilə azad edib və heç bir xarici qüvvə bu döyüşlərdə iştirak etməyib. Erməni hərbi birləşmələrinin isə xaricdən gətirilmiş muzdluların və terrorçuların köməyindən istifadə etməsinə dair təsdiqlənmiş fotolar var. Ermənistan hökuməti PKK və digər terror təşkilatları ilə açıq əməkdaşlıq edib. Son zamanlar Livan ermənilərinin Qarabağa köçürülməsindən sonra terror təşkilatının “xüsusi tapşırıqlar yerinə yetirən dəstə”lərini Dağlıq Qarabağda yerləşdirmək qərarına gəldiyi barədə təkzibolunmaz faktlar mövcuddur. Ən böyük həqiqət isə odur ki, Azərbaycan ordusu və diplomatiyası öz suveren torpaqlarını bərpa etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB