Bütün dünya Şuşa ilə yaxından tanış olacaq - DEPUTAT MÖVQE BİLDİRDİ

""Şuşa ili"nin elan olunması iki əsas amillə bağlıdır". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Asim Mollazadə bu barədə fikirlərini belə izah edib: "Birincisi 2022-ci ildə Böyük Qayıdış layihəsi sürətlənəcək. Bu il işlərin sürətləndirilməsi ilə bizim vətəndaşlarımızın öz obalarına, evlərinə dönməyi üçün böyük imkanlar yaradılacaq. Bununla yanaşı ən əsası mən düşünürəm ki, Şuşa Azərbaycanın mədəni paytaxtıdır. Mədəni paytaxtımızı və ümumilikdə Azərbaycan mədəniyyətini dünyaya tanıtdırmaq üçün böyük işlər görüləcək. Bu il Şuşa mədəni paytaxt kimi öz funksiyalarının icrasına başlayacaq. Şuşanın və Azərbaycan xalqının mədəni dəyərləri istiqamətində böyük işlər görüləcək. Qarabağın Azərbaycana qaytarılmasının dünya üçün də böyük önəmi olacaq. Bunu daha yaxşı anlamaq üçün bütün dünya Azərbaycan mədəniyyəti ilə Şuşa ilə yaxından tanış olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə