2022-ci ildə siyasi arenada hansı hadisələr cərəyan edə bilər? - POLİTOLOQ ŞƏRH ETDİ
“2022-ci ildə Zəngəzur dəhlizinin açılması ilə bağlı ikitərəfli və yaxud da üçtərəfli razılaşmanın olacağını proqnozlaşdırıram. Çünki cənab Prezident Brüsseldə Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi olmayacaq məsələsini gündəmə gətirdi ki, bunlar bərabər statusludur. Bu da o deməkdir ki, əgər Zəngəzur dəhlizinin açılması məsələsi olmasa Azərbaycan Laçın dəhlizini nəzarətə götürəcək və Rusiya sülhməramlı şəkildə orda qala bilməz. Deməli, onlar oranı tərk etməlidir və Türkiyənin müdafiə naziri Hulusi Akar da bu məsələləri təsadüfi söyləmədi ki, “Biz Zəngəzur dəhlizinin açılmasına həm inanmalı, həm də bu məsələdə maraqlıyıq”. Amma bu məsələni gündəmə gətirən Azərbaycan Prezidenti oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, digər bir məsələ pandemiya ilə bağlıdır: “Bu həm regional, həm də qlobal bir məsələdir. Bu məsələdə Azərbaycanın uğurları davam edəcək, Azərbaycan pandemiyanı sona vuracaq ilk birinci onluğa girən ölkələrdən olacaq. Yəni, biz bu məsələni daha tez gündəmə gətirəcəyik”.
Politoloq sözlərinə belə davam edib: “2022-ci ildə Qarabağa ilk qayıdışı gözləyirəm. Yəni, söhbət kütləvi qayıdışdan gedir. Həm Zəngilana, həm Şuşaya qayıdış olacaq. 2022-ci ildə Qarabağda, bölgələrdə vəziyyət qış vaxtı olduğuna görə biraz çətindir. Bölgələrdə tikintilərin çox sürətlə gedəcəyini planlaşdırıram. Təbii ki, minalanmış sahələr azad olunduqca bu həyata keçiriləcək”.
“Eyni zamanda bu il Azərbaycan ilk dəfə olaraq özünün həyata keçirdiyi yəni, əkinçilik sahəsindəki siyasətinin nəticəsi olaraq məhsullar götürəcək. Bu Azərbaycanda məhsul bolluğu yaradacaq. 2022-ci ildə dünyada iqtisadi tənəzzülün olacağını proqnozlaşdırıram. Çünki hal-hazırda dünyada qısa bir müddət ərzində öz resurslarının beşdən biri miqyasında yəni, 22 trilyon dollar səviyyəsində pul dövriyyəsi, daha doğrusu dolların istifadəsi məsələsi var. Əgər dünya öz resurslarından istifadə etmək məcburiyyətində qalırsa deməli, yayda, iyun, iyul aylarına belə bir şey demək olar ki, dünyada iqtisadi çöküş sürətlənəcək. Yəni, 2008-ci ildə olan ona bərabər iqtisadi çöküş olacaq”.
“Mən, Azərbaycanda devalvasiya gözləyirəm. Çünki milli valyutanı humanitar siyasətlə artıq saxlamaq mümkün olmayacaq. Eyni zamanda neftin qiymətinin qəsdən salınacağını yəni, may-iyun aylarına belə bir şeyi proqnozlaşdırıram”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB