Şuşa mədəni dəyərlərin dünyaya tanıdılmasında əvəzsiz rolunu oynayacaq - DEPUTAT AÇIQLADI
"Cənab Prezident İlham Əliyev Şuşaya hər səfərində Şuşanın tək Azərbaycan üçün yox, ümumilikdə türk dünyası üçün və bölgə üçün çox böyük əhəmiyyətə malik şəhər olduğunu qeyd edib". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, 2022-ci ilin "Şuşa ili" elan olunması ilə bağlı verilən sərəncamda da cənab Prezident bir çox məsələlərə toxundu: "Şuşanın ümumiyyətlə həm türk dünyası üçün, həm bölgəmiz üçün çox böyük tarixi, mədəni, böyük dəyərlərə sahib olduğu yer olduğunu vurğuladı. Düşünürəm ki, Şuşanın əhəmiyyəti təkcə onun əlverişli coğrafi ərazidə olması ilə bağlı deyil. Şuşa görkəmli insanlar yetişdirib, Azərbaycan tarixində çox böyük izlər buraxıb. Şuşa həmişə Azərbaycanın çox xüsusi diqqətdə olan və azərbaycanlı kimliyini, Azərbaycanın necə bir yer olduğunu özündə ehtiva edən şəhər olub. Ona görə də inanıram ki, 2022-ci ilin "Şuşa ili"nin elan olunması ilə Şuşada abadlıq-quruculuq işlərinin sürətlənməsinin şahidi olacağıq. İnanıram ki, Şuşada çox maraqlı, mədəni tədbirlərin, beynəlxalq səviyyəli festivalların keçirilməsinin şahidi olacağıq. Şuşa mədəniyyət beşiyi kimi Azərbaycanın mədəni dəyərlərinin dünyaya tanıdılması sahəsində öz əvəzsiz rolunu oynayacaq".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB