Prezidentin sərəncamları hərbçilərə göstərilən qayğının növbəti təzahürüdür ŞƏRH

Prezidentin sərəncamları hərbçilərə göstərilən qayğının növbəti təzahürüdür ŞƏRH

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman davamlı xüsusi diqqət və davamlı qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır.

Dövlət başçısı bütün görüş və müsahibələrində bildirib ki, «Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq».

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında çıxışı zamanı hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həllinin də həmişə diqqət mərkəzində olduğunu öildirərək demişdir: "Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır».

Göründüyü kimi, Azərbaycan nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə, ümumiyyətlə hərbiçilərə belə bir geniş proqram icra edir. Bu günlərdə ölkə başçısının “Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında”, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 80 manat müəyyən olunması ilə bağlı sərəncamları və şəhid ailələri və hərbçilər üçün Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilməsəi Vətən müharibəsinin iştirakçılarına yüksək qayğının növbəti göstəricisidir.

Onu da qeyd edim ki, «Müharibə veteranı» adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək. Və Sərəncama əsasən, aidiyyəti qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla “Müharibə veteranı” adı və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin edəcək.

Bir sözlə, bütün bu uğurlu islahatlar dövlətin Vətən müharibəsinin iştirakçılarına Azərbaycan Prezidentinin diqqətinin ən bariz nümunəsidir.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə