Azərbaycan MDB ölkələri ilə yaxşı əlaqələrə və iqtisadi əməkdaşlığa malikdir - SİYASİ EKSPERT AÇIQLADI
"Bildiyimiz kimi dekabr ayının 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Bunu SİA-ya siyasi ekspert Vüqar Əhmədov deyib.
Vüqar Əhmədovun fikirlərinə görə, MDB ümumiyyətlə ciddi bir qurumdur və ətrafında post-sovet ölkələrini birləşdirir: "Bu dəfəki görüşə qatılan dövlət başçıları da post-sovet məkanının sözükeçən liderləridir. Yəni bu liderlər bu bölgədə söz sahibidirlər və onların müntəzəm olaraq bir araya gəlməsi regiondakı inkişaf prosesləri baxımından çox önəmlidir. Azərbaycan üçün də bu görüşə iştirak etmək xüsusi önəm kəsb edir. Belə ki, bu gün Azərbaycan əksər MDB ölkələri ilə yaxşı əlaqələrə və iqtisadi əməkdaşlığa malikdir. Xüsusən bu zirvənin qeyri-rəsmi olması liderlərə qeyri-formal şəraitdə məsələləri müzakirə etməyə imkan yaradır. Eyni zamanda Ermənistan baş naziri ilə də bu qəbildən olan dialoq faydalı sayıla bilər. Azərbaycanın MDB çərçivəsində fəal olması ölkəmizin milli maraqlarına tam cavab verir və Rusiyanın vaxtaşırı belə görüşlər təşkil etməsi region ölkələrinin yaxınlaşması baxımından çox faydalıdır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB