SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev kollektivi TƏBRİK EDİB
Bu gün özündə 3 qurumu - "Səs" qəzeti, Səs İnformasiya Agentliyini və Səs İnternet Televiziyasını birləşdirən SƏS Media Qrupun redaksiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Media Qrupun rəhbəri Bəhruz Quliyev təmsil etdiyi qurum adından dövlət başçısı cənab İlham Əliyevi və ailəsini, eyni zamanda, bütün Azərbaycan xalqını ürəkdən təbrik edib, firavanlıq, bol ruzi-bərəkət, gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayıb.
B.Quliyev Media Qrupun hər bir üzvünü Yeni il münasibətilə təbrik edib. Ötən 2021-ci ilin xalqımız, dövlətimiz üçün bir sıra uğurlarla yadda qaldığını və 2022-ci ildə bu uğurların davamlı olacağına ümid etdiyini bildirib: “Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yeni və daha mütərəqqi islahatlar erasına qədəm qoydu. Bu xüsusda, digər sahələrlə yanaşı medianın da ayrıca və məxsusi payı oldu. Prezident İlham Əliyevin siyasi iradəsinin mühüm addımlarından biri kimi qiymətləndirilən uğurlu islahatlar reallığının məhz media sahəsindən başlaması isə təsadüfi sayıla bilməz. Xüsusilə, Vətən müharibəsindən dərhal sonra - yanvar ayının 12-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında imzaladığı Fərmanı da belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu sahənin önəmi və əhəmiyyətli fəaliyyəti qarşıda dayanan bir sıra tələbərdən irəli gələn münbit reallıq amilidir. Söz yox ki, bu kimi üstünlüklərdən bəhrələnəcək yeni və müasir mediamız həm də dünyanın media məkanına bir nümunə etalonunu təqdim edir və inanıram ki, keçirilən media islahatları qarşımızda yeni uğurlara, imkanlara yeni yollar açacaq".
Sonra bayram tortu kəsilib.
SİA olaraq biz də bütün Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, bol ruzi-bərəkət dolu süfrə, can sağlığı arzulayırıq!
BAYRAMINIZ MÜBARƏK!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB