"Ermənistanı çıxmaq şərtilə MDB ölkələri Azərbaycanı dəstəkləyib" - ŞƏRH EDİLDİ
"Düşünürəm ki, bu görüşlər onsuz da qeyri-rəsmidir. Amma yenə də görüşün müsbəti tərəfi ondan ibarətdir ki, Azərbaycanın həqiqətən milli maraqları bugünə qədər MDB-də aparılan siyasəti ilə üst-üstə düşür". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bizim üçün MDB ölkələri və o cümlədən Rusiya bazarı iqtisadi nöqteyi-nəzərdən bizim üçün çox maraqlıdır: "Həqiqət də bundan ibarətdir ki, bizim üçün MDB-nin bazarları o cümlədən Rusiya, Qazaxıstan, Özbəkistan, Belarusiya maraqlıdır".
Deputat sözlərinə belə davam edib: "Qeyri-rəsmi olsa da bu görüşlərdə müəyyən fikir mübadiləsi olur. Yəni, ab-havanı bilmək olur. MDB-nin dinamikası, strategiyası hansı tərəfə gedir və bu təbiidir ki, bizim üçün maraqlıdır. Ermənistanı çıxmaq şərtilə MDB ölkələri daim Azərbaycanı dəstəkləyib və bu da bir həqiqətdir. 44 günlük müharibə vaxtı həmin ölkələr bizi dəstəklədilər, yəni, MDB formatında yox, ayrı-ayrı ölkələrin bir çoxu bizi dəstəklədi. Yəni, bu platformada da biz iştirak edib baxmalıyıq, bilməliyik ki, istiqamət hansı tərəfədir və Azərbaycan üçün burda maraqlı nə ola bilər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB