AXCP sədri önə sürülən iddiaları təkzib etməsi ilə əslində, baş verənləri təsdiq etmiş olur
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin siyasi fəaliyyət adı altındakı biznes maraqlarını ifşa edən faktlar kifayət qədərdir. Daha dəqiq desək, bir müddət bundan öncə AXCP sədrinin siyasəti biznesə dəyişməsi haqqında çoxsaylı sübutlar ortaya qoyulmuşdu. Dərman peraparatlarından başlayaraq, torpaq sahələrinin satışilə də məşğul olmuş Əli Kərilmi önə sürülən iddiaları təkzib etməsi ilə əslində, baş verənləri təsdiq etmiş olur. Təkzib edilməyən məsələlərə onun ailə üzvü (həyat yoldaşı) Samaranın Britaniyadakı biznesini də əlavə etmək mümkündür. Daha dəqiq desək, Əli Kərimli oğlu Tükel Kərimlinin vaxtilə xaricdə aldığı təhsilə görə xərclədiyi məbləği (80 min ABŞ dolları) də məhz biznes şəbəkələri vasitəsilə ödəyib. Əlbəttə ki, burada onun Azərbaycan əleyhinə çalışan Qərb təşkilatlarından da aldığı maliyyələri, o cümlədən, bank maxinasiyalarını da əlavə etsək, onun özü-özünü heç də "kasıb partiya sədri" kimi adlandırması, ümumiyyətlə, inandırıcı görünməz. Bütün bunlar isə inkaredilməz faktlara, sübutlara və dəlillərə əsaslanır.
Əli Kərimli dələduzluqları vasitəsilə həm partiyadaşlarını, həm də dövləti aldatmaqla məşğuldur
Qeyd edək ki, onun Bakıətrafı bölgələrdə villalarının da olması sübuta yetirilib. AXCP sədri isə vaxtının çox hissəsini Bakının mərkəzində yerləşən mənzilində deyil, üçmətrəbəli villasında keçirir. Hətta partiyasının toplantılarının bir çoxunu da orada təşkil edir.
Ancaq bu günlərdə növbəti bənzər faktlar daxil olmaqdadır. Beləlkilə bəlli olub ki, Əli Kərimlinin biznes şəbəkəsinə daxil olan obyektlərdən biri də Bakıda fəaliyyət göstərən və Hüseyn Seyidzadə küçəsində yerləşən və bahalı avtomobil ehtiyat hissələri satılan mağazadır. Xarici ölkələrdən gətirilən ehtiyat hissələri baha qiymətə qoyularaq, əhaliyə satılır. O da bəlli olub ki, həmin obyekt sənədlərdə Əli Kərimlinin əmisi oğlu Mübariz Kərimliyə məxsusdur. Bu isə həm də belə deməyə əsas verir ki, Əli Kərimli öz biznesini partiya fəaliyyətindən ayırmaq üçün aşkar şəkildə qanunazidd əməl törədərək, dələduzluq edir, verfilərdən yayınır və s.
“Pulum yoxdur” deyərək özünü fəqir siyasətçi kimi aparır
Qısası, həm ondan pul istəyən cəbhədaşlarına “pulum yoxdur” deyərək özünü fəqir siyasətçi kimi aparır, əlavə olaraq dövləti də aldatmaqla məşğuldur.
Ancaq ortada daha bir məqam var ki, bütün bu faktlar ortada ola-ola, o cümlədən özünə cangüdən saxlaya-saxlaya, bir neçə xarici istehsallı avtomobilə minə-minə "imkansızam" deyən Əli Kərimli hələ də ona inanan fərdləri aldadaraq, zaman-zaman gah partiyasının sosial şəbəkələrdə təbliğatı üçün pula “dəhşətli” ehtiyacının olduğunu dilə gətirir, gah da səfirliklərin qapısı ağzında dilənçilik missiyaları həyata keçirir, bu da azmış kimi dövlətdən də maliyyə yardımı tələb edir (?).
Əgər biz Əli Kərimlinin biznes şəbəkələrini və həyat səviyyəsini müşahidə ediriksə, bu zaman onun ağlayıb-sızlamaları, ümumiyyətlə anlaşılmazlıq yaradır. Məsələn, Əli Kərimli ona məxsus olan torpaq sahələrindən birini satıb cəbhəçilərin maaşlarını ödəyə və üstəlik bir neçə il borcsuz-xərcsiz partiyasının fəaliyyətini bu və ya digər şəkildə təbliğ edə bilər. Ancaq göründüyü kimi bunu etmir, gözünü öz tərəfindən aldadılaraq cəlb etdiyi sadəlövh cəbhəçilərin ciblərinə dikir.
AXCP, Əli Kərimlini yaxından tanıyanlar üçün böyük bir supermarketi xatırladır
Yadınızdadırsa, bir zamanlar "hərəyə bir "Azadlıq" alaq", "5 qəpik" və s. tipli "kampaniyalarla" sözün həqiqi mənasında dilənçilik sərgiləyirdi. Bu vasitəylə "qaz vurub, qazan dolduran" Əli Kərimli məlum Qərb səfirlikləri, ona buraxdığı pulları vasitəsilə Azərbaycanda həm biznes qurur, həm də "ağlayır", özünü “əzabkeş”, “məzlum” qiümində təqdim edir...
Lakin onun əsas məşğuliyyətlərindən biri də saxta arayışlar satmaqdan ibarətdir.
Avropada siyasi sığınacaq almaq istəyənlərə AXCP vəsiqəsinin satışı, eləcə də xaricdən aldığı qrantlar hesabına maddi imkanını yaxşılaşdıran Əli Kərimli istədiyinə nail olub. Artıq bir çoxları iddia edirlər ki, AXCP, Əli Kərimlini yaxından tanıyanlar üçün böyük bir supermarketi xatırladır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB