Azərbaycan bu ölkələrə beynəlxalq səviyyədə humanitar yardım göstərib - RƏSMİ

Azərbaycan bu ölkələrə beynəlxalq səviyyədə humanitar yardım göstərib - RƏSMİ

İl ərzində Azərbaycan Respublikası, həmçinin beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyətini davam etdirib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair məlumatında deyilir.

Bununla bağlı, qeyd edilməlidir ki, yalnız Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi – AİDA-nın (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərkibində fəaliyyət göstərilir) əlaqələndirməsi ilə 2021-ci ildə İndoneziya, Xorvatiya, Sent Vinsent və Qrenadinə humanitar yardım, eləcə də Türk Dövlətləri Təşkilatı xətti ilə isə Burkina Fasoya COVID-19 əleyhinə peyvənd göndərilmişdir. Ümumilikdə isə ölkəmiz indiyədək dünyanın 80-a yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərib.

Bundan əlavə, AİDA-nın qoşulduğu İslam İnkişaf Bankının Afrika ölkələrində “Qarşısı alınabilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) layihəsi çərçivəsində 2021-ci ildə Qvineya, Kotdevuar və Nigerdə humanitar aksiyalar keçirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə