Müzəffər Ali Baş Komandan və qalib əsgər vəhdəti ! ANALİTİK+AKTUAL
Prezident İlham Əliyev: “Bu gün Azərbaycanın müzəffər ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”
Bu gün dünyanın diqqət mərkəzində olan və beynəlxalq aləmdə maraqla izlənilən reallıqlardan biri də budur ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, ordu quruculuğu, bütövlükdə isə hərbi sahədə əldə etdiyi nailiyyətləri ilə ardıcıl uğurlar əldə etməkdədir.

Bu gerçəklik torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda 44 gün davam edən və Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsi faktorunda da özünü kifayət qədər sübuta yetirmiş oldu. Və əslində, bəhs etdiyimiz reallıq amilinin kökündə, əsasında dayanan daha bir gerçəklik Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan ordusuna göstərdiyi diqqət və qayğısıdır. Daha dəqiq desək, məhz bu diqqət və qayğının məntiqi nəticəsidir ki, gün Azərbaycan Silahlı Qüvvələrində əsgər-zabit münasibətlərindən tutmuş digər bütün önəmli mexanizmlər özünü ən yüksək səviyyədə sübuta yetirməkdədir - bunun təməlində isə bilavasitə Müzəffər Ali Baş Komandanın xüsusi diqqəti, tələb və tövsiyələri dayanmaqdadır.

Beləliklə, əgər biz ordu quruculuğu prosesindən danışırıqsa, inamla vurğulaya bilərik ki, illər boyu və elə də asan başa gəlməyən uğurlu işlərin prioritet elan olunması nəticəsiz qalmamışdır. Bütövlükdə isə ordu quruculuğu işində aparılan islahatlar, verilən qərarlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən strateji tədbirlər bu vacib sahədə zəruri irəliləyişlərin əldə olunması üçün mükəmməl stimul rolunu oynamışdır. Bundan əlavə, hərbi qulluqçuların sosial həyatlarının və tələbatlarının, təmin olunması yönündə həyata keçirilən işlər müasir dövrün ən yüksək meyarları səviyyəsində qurulmuşdur.

Onların heç birinin gözləri arxada qalmırdı və bilirdilər ki, bu reallıqların təməlində Ali Baş Komandan, Prezident İlham Əliyev və sarsılmaz xalq birliyi gerçəkliyi dayanıb
Söz yox ki, Vətən müharibəsində biz daha əvvəl verilən mühüm qərarların, atılan məsədyönlü addımların nəticələrini Şanlı Zəfər yürüşündə müşahidə etdik. Və qeyd edilənlər xüsusunda biz daha bir diqqətçəkici, mühüm nüansa toxuna bilərik – Şanlı ordumuzun Sərkərdəsi, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonrakı zamanlarda işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərlərində əsgər və zabit heyətləri ilə keçirdiyi görüşləri.

Bu görüşlərin hər biri isə Fateh Sərkərdə ilə əsgər vəhdətini təcəssüm etdirir. Bu yerdə biz Vətən müharibəsi dövründə cənab İlham Əliyevin hərbi hospitallara gedərək savaş meydanlarında yaralanmış əsgər və zabitlərimizlə görüşlərini xatırlaya bilərik.
Onların hər biri ilə ayrı-ayrılıqda, səmimi söhbətlər aparan cənab Ali Baş Komandan cəbhədə olan hərbçilərimizə böyük ruh yüksəkliyi bəxş edirdi. Onların heç birinin gözləri arxada qalmırdı və bilirdilər ki, bu reallıqların təməlində Ali Baş Komandan, Prezident İlham Əliyev və sarsılmaz xalq birliyi gerçəkliyi dayanıb.
Prezident İlham Əliyevin son vaxtlarda verdiyi sərəncam və fərmanları artıq ordu quruculuğumuzun növbəti, daha mütəşəkkil mərhələyə keçidini təsdiq edir
Düşmən ölkədə isə biz bunu müşahidə etmirdik. Həmin ölkə başçısının pandemiyadan ehtiyat edərək yaralı əsgərlərlə məsafəli davrandığı, onlarla əllə görüşmədiyi halda, Azərbaycan Prezidenti əsgərlərlə səmimi görüşlər keçirir, onları bağrına basırdı. Bax, budur əsl Sərkərdə-əsgər vəhdətinin bariz nümunəsi!

Müharibədən sonra da ordumuzun gücləndirilməsi prosesi davam etdirilməkdədir. İşğaldan azad olunmuş ərazilərimizdə dünyanın ən müasir standartlarına cavab verən hərbi hissələrin açılışları, ön mövqelərdə qurulan müdafiə istehkamlarının yaradılması, hərbçilərimizin təchizat və s. tələbatlarının yerindəcə ödənilməsi, xüsusilə yeni silah-sursatların alınması, sərhədlərimizin möhkəm müdafiəsi üçün yaradılan şəraitlər belə qənaətə gəlməyə zəmin yaradır ki, proses uğurla davam etdirilir.

Və eyni zamanda, şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısı bu gün də məqsədyönlü şəkildə reallaşdırılmaqdadır. Habelə, Vətən müharibəsində şücaət göstərən hərbçilərimizə, zabit və generallarımıza verilən dövlət mükafatları da bu qəbildəndir. Prezident İlham Əliyevin son vaxtlarda verdiyi sərəncam və fərmanları artıq ordu quruculuğumuzun növbəti, daha mütəşəkkil mərhələyə keçidini təsdiq edir.

Müzəffər Ali Baş Komandan: “Bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub”
Yeri gəlmişkən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsində komandolarımız üçün tikilərək istifadəyə verilmiş hərbi hissənin açılışındakı çıxışı zamanı vurğuladığı fikirləri və səsləndirdiyi bəyanatları bütövlükdə Azərbaycan ordusuna növbəti tükənməz ruh yüksəkliyi bəxş etdi.

Dövlətimizin başçısı bildirdi ki, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzində idi: "Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim Fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır".
Artıq tam əminliklə qeyd edə bilərik ki, hərbi qulluqçularımız xalqın və dövlətin etimadını qazanmaq yolunda əllərindən gələni bundan sonra da əsirgəməyəcək, qazanacağımız böyük uğurlara yüksək döyüş hazırlığı ilə öz töhfələrini verəcəklər. Belə ki, Azərbaycanın bərpa edilmiş ərazi bütövlüyü və suverenliyi hər bir Azərbaycan əsgəri üçün mühüm həyat amalıdır.
Bu qayğı böyük tetimadla müşayiət olunur
Bu baxımdan, bir daha qeyd etmək yerinə düşərdi ki, şanlı Azərbaycan ordusunun əldə etdiyi qələbələrin arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayanır. Bu qayğı isə təbii ki, böyük tələb və etimadla müşayiət olunur. Ölkəmiz üçün tarixi məsələlərin həllinə yönəlmiş bu münasibəti Azərbaycan ordusunun şəxsi heyəti də dərindən dərk edir. Odur ki, gecə-gündüz əldə silah Vətənimizin keşiyində dayanan hərbçilərimiz şəxsən öz Fateh Sərkərdəsinin, Müzəffər Ali Baş Komandanın və xalqımızın etimadını doğrultmaq üçün bundan sonra da əlindən gələni edəcək, ölkənin işıqlı sabahı və bütövlüyü naminə öz döyüş hazırlıqlarını daim artıracaqlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB