“Rusiya NATO-nun Şərqə tərəf genişlənməsinin əleyhinədir“ - MÖVQE
"Bu gün keçirilən MDB-nin qeyri-formal sammiti Rusiya üçün çox vacibdir. Çünki Rusiya-Qərb münasibətləri artıq çox təhlükəli bir nöqtəyə gəlib çatıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, Ukraniyada müharibə etmək kimi bir problem də mövcuddur: “Yanvarın 12-də NATO-Rusiya Şurasının toplanması gözlənilir. Rusiyanın NATO-ya göndərdiyi təhlükəsizlik zəmanətləri adlı sənədin müzakirəsi gözlənilir. Rusiya həmin sənəddə NATO-nun Şərqə tərəf genişlənməsinin qarşısını almağa çağırır və onun əleyhinədir. Düşünürəm ki, MDB sammitinin əyani şəkildə keçirilməsi də məhz Rusiya üçün çox vacibdir ki, MDB-də olan dövlətlərlə bu məsələni müzakirə etsin. Çox gərgin bir dönəmdə quruma üzv ölkələrlə fikir mübadiləsi aparsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB