"31 dekabr 50 milyonluq Azərbaycan xalqını həmrəy olmağa sövq etdi" - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycanda 31 dekabr Həmrəylik Günü təbii ki, 1989-cu ildə Naxçıvanda “Sərhəd hərəkatı” ilə başlayıb”. Bu sözləri SİA-ya açıqlaması politoloq Məhəmməd Əsadullazadə bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan xalqının milli həmrəyliyində, bütöv Azərbaycanın həmrəy olmasıda, həmçinin Azərbaycan xalqının milli azadlıq hərakatında dönüş nöqtəsi idi: “Hesab edirəm ki, 31 dekabr məhz dünyada 50 milyon Azərbaycan xalqı həmrəy olmağa sövq etdi. Həmin vaxt Naxçıvanda SSRİ ilə İran sərhəddi söküldü və digər ərazilərdə soydaşlarımız bir-birinə mənəvi cəhətdən yaxınlaşdı. Bu əlbəttə ki, tarixi-siyasi hadisədir. Dünyada yaşayan 50 milyon Azərbaycan xalqı müəyyən diaspora fəaliyyəti ilə müəyyən əlaqələrə malik olsa da konkret olaraq ciddi şəkildə tam formalaşmış həmrəyliyi yarada bilməmişdi. Qarabağ müharibəsində Azərbaycan xalqı həmrəy oldu, Vətən müharibəsində Ermənistana qalib gəldik. Azərbaycan xalqı ümumiyyətlə, öz tarixində taleyüklü məsələlərdə həmrəylik göstərdi. Amma dünya azərbaycanlılarının iş birliyi daha da sıx qurulmalı, həmçinin daha da həmrəy olmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB