İlham Əliyev hərbi lider obrazını da özündə birləşdirən nadir şəxsiyyətlərdəndir - ŞƏRH EDİLDİ
"Biz artıq Azərbaycanımızı çarəsizlik içindən xilaskar kimi Ulu Öndər Heydər Əliyevin böyük səyləri, nüfuzu, uzaqgörənliyi sayəsində xilasının şahidi olmuşuq. Bu gün isə atadan oğula keçən müqəddəs miras kimi ötürdüyü missiyasını davam etdirmək borcunu oğluna əmanət etmiş Ulu Öndərin arzu, diləkləri həyata hasil oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, bu gün ölkə prezidenti zəfər və qəhrəmanlıq simvoluna çevrildi: "Biz bu cür qəhrəmanlıqları dastanlarda, əfsanələrdə oxuyurduq. Bu gün isə Ulu sərkərdə, ona inanan xalqı və əzəmətli qoşunları sayəsində qələbə qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. İlham Əliyevin siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda, onun siyasi xadim kimi etdiklərini nəzərdən keçirəndə heyrətə gəlməmək mümkün deyil.
Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Ən çıxılmaz məqamlarda belə, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə ölkə rəhbəri qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır. Dövlətinin məsuliyyətini daşımaqla yanaşı, həmçinin beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malik müasir dövr liderlərdəndir".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, İlham Əliyev siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir: "Onun nəyi nə zaman edəcəyini sadəcə özü bilir. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Zəfərlə bitən vətən müharibəsində də bunu bir daha hər kəsə sübut etdi. Sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir. Bu gün 24 dekabr tarixi - Vətənini, dövlətini, millətini sevən hər bir insan üçün əlamətdar gündür. Bu gün Ali Baş Komandanımızın, liderimizin doğulduğu gündür. Bu münasibətlə hörmətli Prezidentimizi, Ali Baş Komandanımızı, milli dəyərlərimizin qoruyucusunu, gözəl ailə başçısı olan, möhtərəm Prezidentimizi öz adımdan və Culfa-Babək seçiciləri adından ürəkdən təbrik edirik. Müzəffər Sərkərdəmizə Ali dövlətçilik missiyasının həyata keçirməsində daha yüksək nailiyyətlər və uğurlar arzu edirik".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB