Prezidentin atacağı addımlar Azərbaycan üçün taleyüklü əhəmiyyətə malik idi - ŞƏRH EDİLDİ

Prezidentin atacağı addımlar Azərbaycan üçün taleyüklü əhəmiyyətə malik idi - ŞƏRH EDİLDİ

“Konstitusiyamıza əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.


Onun sözlərinə görə, heç şübhəsiz ki, müstəqillik tariximizdə bu ali məqsədin realizəsində İlham Əliyev şəxsiyyəti müstəsna rola malikdir: “Düzdür, müstəqilliyimizin itirilməsi, dövlətin parçalanması kimi təhlükəli tendensiyaların qarşısı Ümummilli Lider Heydər Əliyev tərəfindən alınmışdı. Lakin, müstəqilliyini yenicə bərpa etmiş, müharibə şəraitində yaşayan, ərazilərinin 20 faizi işğalda qalan dövlət olaraq hələ də təhdidlərlə üz-üzə idik. Xüsusən, iqtisadi suverenliyin hələ tam təmin olunmaması, əhalinin sosial rifahı ilə bağlı çətinliklərin olması və bu amillərdən istifadə etməyə çalışan güclərin mövcudluğu vəziyyətin hələ də mürəkkəbliyindən xəbər verirdi. Bu mənada cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə atacağı addımları Azərbaycan üçün taleyüklü əhəmiyyətə malik idi. Cənab Prezidentin ilk gündən şaxələndirilmiş inkişafı ehtiva edən fəaliyyət strategiyası sadalanan və qeyd edilməyən bir sıra problemlərin köklü həlli üçün fürsət oldu. Əhalinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər bu mənada xüsusi qeyd olunmalıdır”.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, cənab İlham Əliyev dünya hərb tarixində yeni səhifə açan komandan, diplomatiya tarixində hücum siyasəti doktrinası ilə ağlasığmaz uğurlara imza atan dövlət xadimi kimi özünü təsdiqləsə də, onun sosialyönümlü siyasi xətti həmişə bütün platformalarda xüsusi qeyd edilir: “Ən ağır periodlarda, məsələn, dünya pandemiyanın doğurduğu böhranla savaşarkən cənab İlham Əliyev sosialyönümlü addımlardan nəinki çəkinmədi, əksinə, ağır müharibə xərclərinə rəğmən əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində ciddi addımlar atdı. Bundan başqa, cənab İlham Əliyevin sosial və humanitar xarakterli siyasi xətti artıq Azərbaycan çərçivəsi ilə məhdudlaşmır. Qoşulmama Hərəkatının rəhbəri kimi cənab İlham Əliyevin qlobal rifahı hədəfləyən təşəbbüsləri artıq beynəlxalq dəstək görməkdədir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə