Prezidentimiz müsahibəsində ermənilərə DƏRS VERDİ - TƏHLİL

İtaliyanın Ermənistanla Azərbaycan arasında doğru seçim etməsi, ölkəmizlə əlaqələrə üstünlük verməsi erməni cəmiyyətini əməlli-başlı qıcıqlandırıb. Görünür, bu ölkənin doğru olanın, haqlı olanın, ədalətli olanın tərəfində, yanında olması Ermənistanda faciə kimi qarşılanır, çünki mövqelərinin yanlış, haqsız və ədalətsiz olmamarını özləri hamıdan yaxşı bilirlər, amma bunu gizlətmək, ört-basdır etmək üçün dəridən-qabıqdan çıxırlar.

İtalyanların spagetti, makaron və digər bu tip məhsullara böyük sevgisi ilə bağlı olaraq onları makaronçu adlandıran Avropallar heç də onları təhqir etmək niyyəti güdmürlər. Lakin ermənilər italyanları məhz təhqir etmək məqsədi ilə tez-tez aşağılayıcı şəkildə onlara makaronçu deyirlər və İtaliyanın Azərbaycanla əlaqələrini, əməkdaşlıqlarını həzm edə bilməyən ermənilər italyanlar barədə aşağılayıcı ifadələr axtarmaqda hələ də davam edirlər.

İndi erməni cəmiyyəti rəsmi Romanın mövqeyini daha çox aşağılamaq üçün əldən-ayaqdan gedir və səbəb də tam şəkildə bəllidir. Bəzi erməni politoloqlar utanmadan bu niyyətlərini etiraf da edirlər, buna haqq da qazandırırlar. Bir xristian ölkəsi olan, katolikliyin mərkəzi, Vatikanın yerləşdiyi İtaliyanın xristian ölkəsi olan Ermənistanla əməkdaşlıq etməyib, Ermənistanın yanında, tərəfində deyil, müsəlman ölkəsi olan Azərbaycanın tərəfində olması, ölkəmizlə əməkdaşlıq etməsi erməniləri tamamilə özlərindən çıxarıb. Hətta ermənilər italyanların neft ölkəsi olan Azərbaycana bayağı şəkildə satıldığını iddia edirlər. Özü də, yenə də utanmadan, çəkinmədən. Bu ermənilərə sual etmək lazımdır ki, inkişaf etmiş bir Avropa ölkəsi olan İtaliya Ermənistanla hansı əməkdaşlıq qura bilər? Ermənistanın nəyi var ki, buna görə təkcə İtaliya yox, hansısa ölkə əməkdaşlıq istəyinə düşsün axı? Bu işğalçı ölkə məkirli siyasətdən, terrorçuluqdan savayı nə ixrac edir ki, bu da, Fransa istisna olmaqla avropalıları, italyanları maraqlandırsın?

İtaliyanın “C Group” şirkətinin əməkdaşlarının işğaldan azad olunan Füzuli rayonuna səfər etməsi də ermənilərin yuxusunu ərşə çəkib. İşğaldan azad olunmuş torpaqlarımıza kim, hansı ölkənin şirkəti, yaxud nümayəndəsi səfər edirsə, ermənilər onlara düşmən gözü ilə baxır. Üstəlik bir xristian dövlətinin hansısa şirkəti belə bir səfər etdikdə ermənilərin təpələrindən tüstü çıxır. Elə bu tüstünün təsiri ilə də həmin səfər edənləri aşağılamağa çalışırlar. Soruşmaq ayıb olmasın, bu ermənilər nə düşünrlər, elə bilirlər ki, onlara görə bütün Avropa yas saxlamalıdır, yoxsa təəssübkeşlik etmək məcburiyyətindədir? Axı ermənilərin avropalılar qarşısında nə kimi xidmətləri olub, hansı məhsulun təminatçısı qismində çıxış ediblər, ya da nə kimi yardımlar ediblər, hansı sahədə yardımçı olublar ki, indi də nə isə umurlar? Sadəcə xristian ölkəsi olan dövlətlərdən bu qədər tələb etmək, onları dəstəkləmələri üçün hay-həşir salmaq ən azından həyasızlıqdır. Təbii, bu ermənilər üçün adi haldır, amma bu o demək deyil ki, hamı üçün də adi hal kimi qəbul edilməlidir.

Qədim Romanın uğurlarına iddialı olan İtaliyanın təcavüzkar və soyqırım siyasətini pisləyən dövlətlərin avanqardında olmalı olduğunu deyərkən görmürlərmi ki, bu həqiqətən də belədir? Görmürlərmi ki, İtaliya işğalçı, təcavüzkar, soyqırım siyasəti yürüdən Ermənistanın siyasətinə şərik olmur və sülh tərəfdarı olan Azərbaycanla əməkdaşlıq etməyi üstün tutur? Yəni, artıq onların yalanlarından bütövlükdə hamının bezməsi, doyması və soyqırımın da, işğalçılığın da, təcavüzkarlığın da müəllifinin elə onların özləri olması qənaətinə Avropanın gəlməsini görmürlər, yoxsa qəbul etmirlər? İtalyanların, Fizulidə Qələbə Muzeyi, İşğal Muzeyi, Xatirə Parkı və Bayraq Meydanının yaradılacağı ərazilərə, bu obyektlərin layihələndirilməsi üçün baxış keçirməsi xəbərini yayıb, sonra da bunu xristian birliyinə və demokratiya ənənələrinə xəyanət kimi adlandıran ermənilər görünür, həya və ar anlayışından belə xəbərsizdirlər.

“Dekameron” əsərinin müəllifinin, Covanni Bokkaççonun həmvətənlərinin əksəriyyətini utanmadan gülməli və biabırçı adlandıran ermənilər, İtaliyanın “Il Sole 24 Ore” qəzetinin müxbirini də gülməli və biabırçı kimi qələmə verməyə çalışırlar. Niyə, nə səbəbə bunu edirlər? İtaliyaya məxsus media orqanının müxbirini düşmən kimi görməyin səbəbi nədir? Səbəb sözügedən mətbuat orqanının Azərbaycan Prezidentindən, cənab İlham Əliyevdən müsahibə alması, Azərbaycanın dövlət başçısının mövqelərini dəstəkləməsi, fikirlərinə hörmətlə yanaşmasıdır. Maraqlıdır, niyə də italyan müxbir, İtaliyanın “Il Sole 24 Ore” qəzetinin müxbiri həqiqəti tam şəkildə əks etdirən, doğru olan fikirlərə, ölkəmizin, ölkə başçımızın, cənab İlham Əliyevin humanizm prinsiplərinə, sülhə çağırış etməsinə, beynəlxalq hüquqa hörmətlə yanaşmasına hörmətlə yanaşmamalıdır axı? Ümumiyyətlə, belə bir hal mümkündürmü? Əlbəttə ki, mümkün deyil və indi ermənilərin italyan müxbir barəsində dedikləri sadəcə növbəti həyasızlıqdır.

Əvvəla, Azərbaycan Prezidenti “Il Sole 24 Ore” qəzetinin timsalında dünyanın aparıcı media orqanına birinci dəfə deyildi ki, müsahibə verirdi, dəfələrlə belə müsahibələrin bütün dünya ictimaiyyəti şahidi olub. Şahidi olub ki, müsahibələrində ölkə başçımız hər zaman ədalətlilik, humanizm prinsiplərindən çıxış edib, hansıki heç bir ölkənin medai nümayəndəsi buna qarşı çıxış edə bilməzdi, edə bilmədi də. Digər tərəfdən, Azərbaycan Prezidenti bütün müsahibələrində arqumentlərə, faktlara əsaslanaraq reallıqları ortaya qoyub və bu həqiqətləri heç bir media orqanının nümayəndəsi təkzib edə bilməzdi, necə ki, bəzi qərəzli media nümayəndələri buna cəhd etsələr belə bacarmadılar. Çünki onlar müsahibəni təcrübəli, savadlı, uzaqgörən, ümumilikdə yüksək liderlik keyfiyyətləri ilə seçilən və dövlətinin, xalqının maraqlarını qorumağı bacaran, qətiyyətli bir ölkə rəhbərindən aldıqlarının ən tez zamanda fərqində oldular. Eyni ilə, İtaliyanın “Il Sole 24 Ore” qəzetinin müxbiri də Azərbaycan Prezidentinin sadalanan keyfiyyətlərinin canlı şahidi oldu və ermənilərdən fərqli olaraq, reallıqları təkzib etmək kimi bir həyasızlıq etmədi.

Digər bir tərəfdən də İtaliya Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayan Avropa İttifaqının 9 üzv dövlətindən biridir. Üstəlik, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Nəhayət, Azərbaycan yanvarın 1-dən İtaliya, Yunanıstan və Bolqarıstana 7,2 milyard kubmetr qaz tədarük etməyi öhdəsinə götürüb. Bir sözlə, enerji təminatı baxımından, ticarət tərəfdaşlığı baxımından Azərbaycan İtaliya üçün maraqlı bir tərəfdaşdır. Ölkələrimiz arasında əməkdaşlıq üçün yetərincə əsaslar mövcuddur ki, bunu ermənilər görmürlərmi? Görmürlərmi ki, Azərbaycan əməkdaşlıq baxımından maraqlı ölkədir? İndi sual oluna bilər ki, Ermənistanla İtaliya hansı əməkdaşlıq etsin, nə kimi tərəfdaşlıq eləsin? İtaliya da terrorçuluğu dövlət siyasəti kimi qəbul etməlidir ki, Ermənistan kimi səfalət içində inləyən bir dövlətin xoşuna gəlsin? Yaxud, İtaliya nəyə görə Ermənistanın maraqlarına xidmət etməlidir? Ümid edirik ki, Ermənistanda bu suallar ətrafında düşünən, yaxud bunu anlayacaq bircə nəfər də olsa ola bilər.

İndi bir nəticəyə gəlməyin zamanıdır ki, Fransa istisna olmaqla, heç bir Avropa ölkəsi Ermənistanın yalanlarını, uydurmalarını dəstəkləmək məcburiyyətində deyil və erməniləri də avropalılar öz öhdələrinə götürməyiblər. Bunu təkcə erməni baş naziri Nikol Paşinyan deyil, bütün ermənilər anlamalıdırlar. Anlamalıdırlar ki, artıq bütün ölkələrin, beynəlxalq təşkilatların reallıqları təkzib etməyə nə marağı var, nə də imkanı və hətta Brüssel görüşündə Fransa belə Ermənistanın maraqlarına xidmət edəcək bir məqama belə kömək edə, dəstək göstərə bilmədi. Ya bacarmadı, ya da marağı olmadı, amma hər bir halda bu dəstəyin şahidi olan olmadı.

Brüssel görüşünün ardınca ölkə başçısnın, cənab Prezident İlham Əliyevin İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsi xüsusilə diqqət mərkəzindədir və bu məqam erməniləri ən çox incidən məqamdır. Çünki, “Il Sole 24 Ore” qəzetinə müsahibəsində Azərbaycan Prezidenti bütün reallıqları tutarlı arqumentlərlə, faktlarla ortaya qoyaraq, erməni cəmiyyətinə dərs verdi. Həqiqətin nədən ibarət olduğu barədə bütün dünya ictimaiyyətini növbəti dəfə məlumatlandıran ölkə başçısı ermənilərin yaratdıqları mifləri də, arzularını da puç etdi, üstəlik, bundan sonra üçün bəslədikləri ümidləri belə puça çıxardı. Cənab Prezident sübut etdi ki, Azərbaycanın, eləcə də ötən il 10 noyabr tarixində imzalanan bəyanatın şərtlərinə əməl etməkdən başqa Ermənistanın çıxış yolu yoxdur. Bütün reallıqların tam dəqiqliklə sadalanması, Azərbaycan həqiqətlərinin, bölgədə movcud reallıqların diqqətə çatdırılması, bunu bütün dünya ictimaiyyətinin qəbul etməsi ermənilər üçün böyük bir dərs oldu. Bu baxımdan cəsarətlə deyə biləriok ki, Prezidentimiz öz müsahibəsində ermənilərə dərs verdi və çətin ki, bunu unudalar. Yox, əgər unutmuş olsalar, o zaman yaddaşlarını təzələmək üçün dəmir yumruqdan istifadə etmək lazım gələcək, hansıki bunu bütün dünya da yaxşı bilir və qəbul edir, nəinki ermənilər özləri.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə