Prezident Azərbaycanın milli maraqlarının hər şeydən öndə olduğunu göstərdi - ŞƏRH EDİLDİ

Prezident Azərbaycanın milli maraqlarının hər şeydən öndə olduğunu göstərdi - ŞƏRH EDİLDİ

"Ölkə başçısı cənab İlham Əliyevin həm Ali Baş Komandan kimi Vətən müharibəsindəki uğurları, həm müharibə, həm də post-müharibə dövründəki diplomatik uğurları davam etməkdədir. Artıq bir neçə beynəlxalq müstəvidə keçirilən görüşlərdə, xarici səfərlərdə Azərbaycanın haqq səsi, ədalətli qalibiyyəti, cənab Prezident tərəfindən müdafiə olunur. Artıq həm bölgəmizdə, həm beynəlxalq arenada Azərbaycanın diqtə etdiyi siyasət özünü doğrultmaqdadır. O cümlədən Prezidentin Brüssel səfəri də ümumi olaraq çox böyük uğurlu və müvəffəqiyyətli hesab edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin iti ağlı, diplomatik təcrübəsi ilə Azərbaycanın mənafeyi və bizə uyğun olan siyasi məsələlər Brüssel səfərində öz həllini tapmış oldu: "Belə ki, bu səfər dövründə də həm Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən, həm NATO-nun baş katibi tərəfindən ATƏT-in Minsk qrupu və digər hər hansı bir münaqişə və s. kimi fikirlər işlədilmədi, əksinə Azərbaycanın mənafeyinə uyğun fikirlər səsləndirildi".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident İlham Əliyev beynəlxalq, tanınmış, nüfuzlu agentliklərə o cümlədən İtaliyanın "İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsində də bir çox önəmli məsələlərə toxundu: "Belə ki, cənab Prezident müharibəyə qədərki, müharibə və post-müharibə dövründəki proseslərdən, Azərbaycanın yaratdığı reallıqlardan danışdı. Bu müsahibədə ATƏT-in Minsk qrupu məsələsi dərindən danışıldı. Cənab Prezident müsahibəsində qeyd etdi ki, ATƏT-in Minsk qrupu haqqında olan fikrim xalqımın fikri ilə üst-üstə düşür. Yəni 30 ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, Minsk qrupu münaqişənin dondurulmasına yönəlik olan fəaliyyəti hiss olundu. Biz onlardan çox şey gözləyirdik. Yalnız 1992-ci ildə qısa vaxt ərzində münaqişəni həll etməkdənsə, 30 ilə yaxın bu münaqişəni uzatmağa çalışdı. Artıq Azərbaycanın şanlı ordusu beynəlxalq hüququ və ədaləti özü bərpa etdi. Burada digər önəmli məsələlərə də toxunuldu. Ümumiyyətlə cənab Prezident həmişə olduğu kimi bu dəfə də müsahibəsində Azərbaycanın mənafeyinin, milli maraqlarının hər şeydən öndə olduğunu və onun xarici siyasətində vacib prinsiplərdən ən başlıcası olduğunu göstərdi".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə