“Azərbaycan AB ilə öz əməkdaşlığını davam etdirir” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
Vətən müharibəsi dövründə olduğu kimi, indi də Azərbaycan Prezidenti beynəlxalq medianı, ələlxüsus Avropa mediasını Azərbaycanın strategiyası, sülh yaratmaq cəhdləri barəsində dolğun və hərtərəfli məlumatlar verib. Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı, bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı, Azərbaycanın həyata keçirdiyi layihələr barəsində, Azərbaycanın məhz tərəfdaşlıq, əməkdaşlıq əsasında Avropa Birliyi və bölgədə stabilliyk yaratmaq istəyi ilə məlumatlandırılıb. Eyni zamanda Azərbaycanın sülhə hazır olduğu, sülh üçün gördüyü işlər barədə və həmçinin bəzi hallarda Avropa Birliyinin siyasətində ikili standartların mövcudluğuni bir misal kimi gətirilib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili vurğulayıb ki, Ermənistana, baxmayaraq ki, o təcavüzkar kimi işğal olunmuş ərazini tam dağıdıb, böyük həcmdə maliyyə dəstəyi verilir, Azərbaycana isə 100 minlərlə qaçqınlarının yerləşməsi və Qarabağın bərpası üçün verilən gülünc rəqəmlər özü-özlüyündə münasibətləri əks etdirir.
“Bununla yanaşı, Azərbaycanın həyata keçirdiyi layihələrin Avropa Birliyi üçün önəmi, Avropa Birliyinin müəyyən ölkələrinin bu proseslərdə iştirakı və xüsusən də İtaliyanın Azərbaycanın əsas tərəfdaş ölkəsi kimi Azərbaycanın işğaldan azad olunan ərazilərində əməkdaşlıq barəsində verilən məlumatlar mənə elə gəlir ki, bir sıra digər Avropa ölkələri və ümumiyyətlə Avropa Birliyinin məhz humanitar sahədə bu münaqişənin fəsadlarını aradan qaldırmaq üçün oynaya biləcəyi rolunu cənab Prezident çox dəqiq açıqlayıb. Mənə elə gəlir ki, Avropa mediasında cənab Prezidentin bir sıra müsahibələri məhz daha dəqiq onlar üçün vəziyyəti anlamaları baxımından çox dəqiq informasiyadır. Azərbaycan Avropa Birliyi ilə öz əməkdaşlığını davam etdirir, bu qarşılıqlı maraqlar əsasında olan əməkdaşlıqdır”, deyə Asim Mollazadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB