İranın XİN başçısı Azərbaycana gəlir

İranın XİN başçısı Azərbaycana gəlir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti bu gün səhər Azərbaycana yola düşüb. SİA-nın verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, nazirin səfəri çərçivəsində iki ölkənin rəsmiləri ilə danışıqlar aparılacaq:

“İkitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin regional proseslər haqda fikir mübadiləsi aparılacaq”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə