“İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” FOTOLAR

“İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” FOTOLAR

Bu mövzuda YAP Biləsuvar rayon təşkilatı tədbir keçirib

Dekabrın 21-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirdi. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov, idarə müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər. Tədbirin açılışında, ilk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə görülmüş işlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Dərin islahatlar nəticəsində Azərbaycan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, mühüm tranzit qovşağı kimi tanınır və nüfuz qazanıb. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına daxil etdi. Nəticədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın dövrün işğalına son qoyuldu.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək ölkə Prezidenti Cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verdi.Bildirdi ki, Cənab İlham Əliyev tarixin axarını dəyişən ideya və pirinsiplərlə Azərbaycanın davamlı inkişaf modelini yaratmışdır. Ölkədə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət yaxşılaşıb, güclü və dayanıqlı iqtisadiyyat uğurla yaradılıb. Əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilən islahatlar Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsi təmin edilib. Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edərək bildirdi ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bu inkişaf modeli hazırda onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, zamanın tələblərinə uyğun yeni çalarlarla zənginləşdirilərək uğurla davam etdirilir. Cənab Prezidentin apardığı siyasət nəticəsində vətənpərvər, torpağa, xalqa bağlı gənclər yetişdi və xalq-iqtidar birliyi daha da sarsılmaz oldu. 44 günlük Vətən müharibəsi görülən işlərin nəticəsi oldu.

Daha sonra 25 saylı şəhər ərazi ilk partiya təşkilat sədri Xanımgül Abıyeva və 20 saylı şəhər ərazi ilk partiya təşkilat sədri Azad Quliyev çıxış edərək Cənab Prezidentin dövlətimiz xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Tədbirin sonunda Cənab Prezidentə həsr olunmuş videoçarx nümayiş edildi.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə