Azərbaycan bütün beynəlxalq göstəricilərdə şəriksiz regional liderdir - Vüsal Qasımlı
"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda mənfət nisbəti yaxşılaşıb və risk aşağı düşüb". SİA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, risk ona görə aşağı düşüb ki, Azərbaycan öz təhlükəsizliyini təmin edib: “Azərbaycan torpaqları azad etməklə eyni zamanda regionun təhlükəsizliyini təmin edib ki, bu da öz növbəsində ölkəmizdə riski aşağı salır və mənfəəti artır. Ölkəmizdə iqtisadi artım tempi var idi, lakin torpaqlarımızın işğaldan azad edilməsi artım tempini yüksəldəcək. Azad edilmiş ərazilər Azərbaycan iqtisadiyyatına yeni dəyər qatır”, - deyə V.Qasımlı bildirib.
O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə investorlar üçün yaradılan güzəştlər ölkəmizin investisiya cəlbediciliyini artıracaq.
V.Qasımlı əlavə edib ki, Azərbaycan bütün beynəlxalq göstəricilərdə şəriksiz regional liderdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB