Bu qanun gələcəkdə Azərbaycanın inkişafı üçün mühüm əhəmiyyətə malik olacaq - BAŞ REDAKTOR AÇIQLADI
““Media haqqında qanun” layihəsi çox mükəmməl şəkildə hazırlanıb. Uzun müddətdir ki, bu qanunun müzakirəsi gedirdi”. Bu sözləri SİA-ya açıqlamasında “hərbiand.az” saytının baş redaktoru, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq çox əhatəli qanun hazırlanıb: “Burada həm radio, həm televiziya, həm yazılı mətbuat, həm də elektron mətbuat ümumilikdə öz əksini tapıb: “Bu qanunda hesab edirəm ki, informasiya ilə bağlı, media ilə bağlı fəaliyyəti doğru-düzgün əhatə edəcək. İndiyə kimi olan bir çox boşluqlar aradan qalxacaq. Azərbaycan bildiyimiz kimi sosial bir dövlətdir. Azərbaycanda medianın sərbəst və azad şəkildə fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılıb. İnsanlar öz fikirlərini həm kütləvi informasiyalar vasitəsilə, həm də sosial şəbəkələrdə azad şəkildə bildirə bilirlər. Təəssüflər olsun ki, bəzi şəxslər var ki, ölkənin inkişafında fəaliyyət göstərmək istəmir.
Ancaq xarici dairələrdən maliyyələşən, onların nüfuz dairəsində olan QHT-lər, özünü siyasi müxalifət adlandıran şəxslərin məqsədi ölkədə görülən işlərə kölgə salmaqdan ibarətdir. Demokratiyanın ən əsas prinsipi azlığın çoxluğa tabe olmasıdır. Böyük əksəriyyət bu qanunu dəstəkləyir. Hesab edirəm ki, bu qanun gələcəkdə Azərbaycanın inkişafı üçün mühüm əhəmiyyətə malik olacaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB