“Heydər Əliyevin qurduğu Azərbaycan bu gün günəş kimi parlayır" - Yəmənli gənc yazıçı Əbdül Həmid Əl-Kibi yazır

“Heydər Əliyevin qurduğu Azərbaycan bu gün günəş kimi parlayır" - Yəmənli gənc yazıçı Əbdül Həmid Əl-Kibi yazır

Dünyada hər bir xalqın ölkəsinə şöhrət gətirmiş, onun inkişafı üçün misilsiz xidmətlər göstərmiş şəxsiyyətləri var. Dünyada tanınmış dahi siyasi xadim, Azərbaycan dövlətinin memarı, qurucusu, mərhum dövlət başçısı Heydər Əliyev də həmin şəxsiyyətlərdəndir.

O, geniş zəkası və dünyagörüşü, dövləti idarə etmək bacarığı, çevik rəhbərliyi ilə seçilən görkəmli tarixi şəxsiyyətdir və Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaqla tarixin ən görkəmli simalarından birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin şəxsi keyfiyyətləri, siyasi lider kimi uzaqgörənliyi, dahilərə xas müdrikliyi Azərbaycanın sərhədlərini aşaraq onun hüdudlarından kənara yayılmışdır.

Azərbaycan dövləti və xalqı üçün oynadığı böyük roldan indi milyonlarla insan bəhrələnir. Bu gün Ümummilli lider Heydər Əliyevin ardıcılları, onun siyasi davamçıları Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Onlar Heydər Əliyevin zaman baxımından edə bilmədiklərini edirlər, Azərbaycanın inkişaf dinamikasını təmin edirlər.

Son illər Azərbaycanda bir çox iri layihələrə start verilib. Həmn layihələrin həyata keçməsində Azərbaycan hökumətinə və xalqına Heydər Əliyev Fondu müxtəlif sahələrdə dəstək verir. Heydər Əliyevin həyata keçirə bilmədiyi, lakin planlaşdırdığı yeniliklər və islahatlar bu gün daha modern formada həyata keçirilir.

Prezident İlham Əliyev xalqın dəstəyi ilə Azərbaycanın müxtəlif sahələrində quruculuü işlərinə mühüm töhfələr verir, inkişaf, tərəqqi və quruculuq prosesi inamla və məharətlə davam etdirilir. Qarabağ bölgəsinin işğaldan azad edilməsi ümummilli lider Heydər Əliyevin arzuladığı kimi Prezident İlham Əliyevin və onun azad xalqının gərgin əməyinin, qətiyyətinin və iradəsinin bəhrəsindən başqa bir şey deyil. Qardaş Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rolunu və keyfiyyətlərini bu gün də xatırlayır. Azərbaycanın daxilində və xaricində geniş şöhrət qazanmış mərhum lider Heydər Əliyevin şəxsiyyətinə gəlincə, insanlar onu daim xatırlayır və onunla fəxr edirlər.

Qeyd edək ki, Əbdül Həmid Əl-Kibi Azərbaycanla maraqlanan gənc yəmənli yazıçıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə