"Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində keçirilən görüşdə bəyanat imzalanması və maddələrin birində ŞT-nın bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə etməsi olduqca mühümdür". Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

O, qeyd edib ki, Aİ-nin bu cəhdi alqışlanandır, o anlayır ki, Azərbaycanın ərazi bütövlüyünü sorğulamaq artıq mənasızdır və əgər danışıqlar prosesinə bir töhvəsi olacaqsa, bu ancaq Azərbaycanın ərazi bütövlüyünü tanımaqla mümkün olacaq. Zatən Ermənistanın özü də Azərbaycanın ərazi bötüvlüyünü və sərhədlərini artıq tanıyıb, qəbul edib ki işğal faktı ilə hər-hansı əraziyə iddiası yoxdur.
Fərhad Mehdiyev bu barədə fikirlərini belə izah edib: "Hal-hazırda Ermənistanla Azərbaycan arasında Ermənistanın razı olmadığı əsas məsələlər sərhəd xəttinin haradan keçdiyi, Qarabağda etnik ermənilərin yaşadığı ərazinin statusu, Zəngəzur dəhlizinin statusu məsələləridir. Digər məsələlər artıq həll edilmiş sayılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB