Oğuzda şəhid Zaməddin Kərəmovun adına ucaldılmış abidə-bulaq kompleksinin açılışı olub
Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub qəhrəmancasına şəhid olmuş, ancaq nəşinin gec tapılması səbəbindən ötən il dekabrın 16-da torpağa tapşırılan şəhidimiz Kərəmov Zaməddin Bahadur oğlunun anım günü keçirilib. Şəhidimizin anım mərasimində rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatının əməkdaşları, Oğuz rayon huquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhid Zaməddin Kərəmovun anım günündə adına ucaldılmış abidə-bulaq kompleksinin açılışı olub. Zaməddin Kərəmov Oğuz rayonunun Bucaq kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Zaməddin Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Zaməddin Kərəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB