“Təxribatçı cəhdlər İrəvanın məkrli niyyətini ortaya qoyur” - POLİTOLOQDAN MARAQLI AÇIQLAMA
Hərbi avantüralara əl atmaq Ermənistan tərəfinin ənənəvi taktikasıdır və məqsəd sülh danışıqlarını sabotaj etməkdir. Bu sözləri SİA-ya verdiyi müsahibəsində politoloq Ceyhun Əhmədli deyib.

Politoloq qeyd edib ki, bu cür təxribatçı cəhdlərin mühüm görüşlərin keçirilmə ərəfəsinə təsadüf etməsi İrəvanın məkrli niyyətini açıq şəkildə ortaya qoyur.
“Ermənistan sərhəddə intensiv şəkildə hərbi təxribatlar törətməklə beynəlxalq dairələrə münaqişə vəziyyətinin hələ də davam etdiyini göstərməyə çalışır. Rəsmi İrəvan bununla masaya başqa təkliflərin, o cümlədən status məsələsinin qoyulacağına ümid edir. Əlbəttə, Ermənistanın bütün bu destruktiv planları həmişə olduğu kimi fiasko ilə nəticələnməyə məhkumdur. Çünki Azərbaycan qalib və haqlı tərəfdir. Bundan sonra nə qədər görüş olur-olsun, şərtləri diqtə edən tərəf Azərbaycan olacaq. Soçi və Brüssel görüşlərinin nəticələri bunu bir daha təsdiq etdi.
Düşünürəm ki, Ermənistanın sərhəddəki hərbi avantüraları sərhədlər dəqiqləşənə qədər davam edə bilər. Ona görə də delimitasiya və demarkasiya prosesinin tez bir zamanda yekunlaşması bizim üçün çox vacibdir”, deyə politoloq Ceyhun Əhmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB