Prezidentin gənclərə diqqət və qayğısı - GƏNCLƏRİN BAXIŞI - SORĞU

Prezidentin gənclərə diqqət və qayğısı - GƏNCLƏRİN BAXIŞI - SORĞU

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir. Zamanın tələbinə uyğun bacarıqlı, geniş dünyagörüşlü, ümumbəşəri əxlaqi dəyərlərə sahib, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərini özündə inkişaf etdirən, müstəqil Azərbaycan naminə hər zaman, hər yerdə yorulmadan, əzmlə, fədakarlıqla çalışan gənc nəslin yetişməsi bu gün çox vacibdir. SİA mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənməyə çalışıb:

Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Nərgiz Səmədova: “Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan gənclərinə diqqət və qayğı göstərir, daim onların problemləri ilə maraqlanırdı. Bu gün respublikamızda həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin əzəmətli addım səsləri eşidilməsin. Ulu öndərin 1997-ci ildə imzaladığı sərəncamla hər il fevral ayının 2-nin "Gəncləri günü” kimi qeyd olunması Azərbaycan gəncliyinə dövlət qayğısının bariz nümunəsidir. Bu gün də Ümummilli Lider Heydər Əliyevin siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin gənclərə diqqət və qayğısı birmənalı şəkildə hər kəsə məlumdur”.

Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının 4-cü kurs tələbəsi Tərlan Seyfəddinov: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərimizə diqqət və qayğı göstərir. Daim Azərbaycan gənclərini diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Gənclər böyük qüvvədir. Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər olmaqla, millətinə, xalqına çox bağlıdır. Bu gün Azərbaycan Respublikasında həyata keçirilən gənclər siyasəti çox geniş bir vüsət alıb. Həmin siyasət gənclərin təhsilini, tərbiyəsini, sağlamlığını, intellektual və mənəvi inkişafını, asudə vaxtının təşkilini, problemlərinin həllini, hüquqlarının müdafiəsini əhatə edir”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi Aytən Abdullayeva: “Bir azərbaycanlı olaraq cənab Prezidentimiz ilə fəxr edirəm. Çünki bu gün Azərbaycanda milli - mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan, eyni zamanda, ümumbəşəri ideyaları mənimsəyərək, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan nəsil yetişir. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsində Azərbaycanın neçə-neçə qəhrəman gəncləri öz canları bahasına torpaq uğruna vuruşdu. Neçə-neçə gənclərimiz torpaq uğrunda şəhid oldular”.

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Emin Qasımov: “Dövlət başçısı cənab İlham Əliyev praqmatik siyasətçi olaraq Azərbaycan xalqının gələcəyini yalnız neft gəlirlərində, təbii sərvətlərin zənginliyində deyil, eyni zamanda, yüksək elm və təhsildə, müasir biliklərin, informasiya və kompüter texnologiyalarının geniş tətbiqində, insan kapitalının formalaşmasında görür. Düşünürəm ki, cənab Prezidentin bu gün gənclərə olan diqqəti, qayğısı göz önündədir. Təhsil, idman və digər sahələrdə gənclərimizin uğurları bunun bariz nümunəsidir”.

Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının 2-ci kurs tələbəsi Ləman Hüseynova: “Prezident İlham Əliyev malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı gənclərə daim böyük diqqət və qayğı göstərir. Gənclərimizin idman, bilik və digər sahələrdəki böyük uğurları bunun bariz nümunəsidir. Bu gün cənab Prezidentin sayəsində Azərbaycan gəncliyi inkiçaf etməkdədir”.

Azərbaycan Turizm və Menecment Universitetinin 4-cü kurs tələbəsi Fərrux Abdullayev: “Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyev bu gün gənclərə xüsusi diqqət və qayğı göstərir. Cənab Prezident 2003-cü ildən bu günə qədər gənclərlə bağlı bir çox layihələr həyata keçirib. Bu gün Azərbaycan gənci vətənpərvər, millətinə, xalqına çox bağlıdır".

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Sona Zeynallı: "Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunə qismində çıxış edir. Ölkəmizdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Bu gün cənab Prezident tərəfindən gənclərə qarşı diqqət və qayğı çox yüksək səviyyədədir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə