Avropadakı Silvalar, Zaurilər, Andraniklər, Njdelər, Montelər və Zorilər ANALİTİK+AKTUAL

Avropadakı Silvalar, Zaurilər, Andraniklər, Njdelər, Montelər və Zorilər ANALİTİK+AKTUAL

Yaxud, Sevinc Osmanqızı Anna Akopyanı Nikol Paşinyandan nəyə görə boşatdıracaq?

“Tarixin hər bir mərhələsində siyasi reneqatlara, “5-ci kolon”a rast gəlmişik. Çox təəssüflər olsun ki, milliliklərini, dinini, dövlətini, xalqını sataraq düşmən düşərgəsinə keçənlər, şəxsi maraqları naminə dövlətçilik ideallarını düşmənə kapitulyasiya edənlər bu gün də sıralarımızda var. Hazırda biz onları Sevinc Osmanqizi, Məhəmməd Mirzəli, Emin Hüseynov, Qənimət Zahidov, Əli Kərimli və s. kimi tanıyırıq. Əsas məqsədləri də nə olur-olsun, şəraitdən asılı olmayaraq, onlara verilmiş siyasi tapşırığı yerinə yetirmək, haqq-ədalət yolunda olan xalqı, dövləti zərbə altına salmaqdır”. SİA xəbər verir ki, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovun “Siyasi reneqatların yeni xəyanət marafonu, yaxud, kollektiv Paşinyanların uşaq qatillərinə sevgi etirafı” sərlöhvləli yazısı

partiyanın “Facebook” sosial şəbəkə hesabında və Teleqram qrupunda paylaşışıb.

Onu da qeyd edək ki, hazırda ABŞ-da yaşayan və davamlı olaraq Azərbaycan dövlətinin maraqlarına qarşı çıxan Sevinc Osmanqızının bəlli qaranlıq dairələr tərəfindən və sifarişlər əsasında, eləcə də bilavasitə erməni dəyirmanına su tökməsi faktı da ictimai rəydə ciddi narazılıq və hiddət doğurub.

Açıq etiraf etməsələr də sözün əsl mənasında ermənidən betər ermənilərdirlər!

Daha bir maraqlı məqam isə yalnız Sevinc Osmanqızının deyil, digər Qərb ölkələrində “siyasi mühacir” adı altında oturub erməni lobbisinin maraqlarına nökərçilik edənlərin də kollektiv Paşinyansevər olmalarıdır. Yəni fakt budur ki, bu ünsürlərin hər biri birbaşa Azərbaycan xalqının, dövlətinin, millətinin düşmənləridirlər – açıq etiraf etməsələr də sözün əsl mənasında ermənidən betər ermənilərdirlər!

Beləliklə, qayıdaq sözügedən yazıya. “Xüsusilə də, istehza və təhqir onların əsas manipulyasiya alətləridir”, deyə qeyd edən müəllif bildirir ki, öz çirkin siyasi mübarizəsini yalan, böhtan, təhqir və istehza üzərində qurmuş radikalların tək amacı ölkə daxilində vətəndaş qarşıdurmasının yaradılmasıdır: “Məhz, bu cür silahlandırılmış siyasi reneqatlardan ibarət “5-ci kolon” Azərbaycan dövlətinin və xalqının Zəfərindən sonra xüsusilə radikallaşıb, açıq düşmənçilik fazasına keçiblər. Təsəvvür edin, bir zamanlar azərbaycanlıları “xuliqan, bandit” adlandıran, Hərbi Qənimətlər Parkına görə Azərbaycan xalqını təhqir edən, "Əclaf Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinə atəş açırlar", "Ermənistanın Paşinyanı sammitə dəvət olunmalıdır. Bunu deyən mənəm, azərbaycanlıyam..." deyən, Ermənistanın vəkilliyini edən Sevinc Osmanqızı bu gün açıq şəkildə deyir ki, “Kaş ki, Prezidentimiz Paşinyan olardı”. “Kaş ki, Prezidentimiz Paşinyan olardı” sözləri yalnız öz dövlətinə və Vətəninə qarşı edilmiş xəyanət aktı deyil, eyni zamanda, üç minə yaxın şəhidimizə, 12 minə qədər qazimizə qarşı edilmiş mənəviyyatsızlıq deyilmi? Beş dəqiqəlik efir şöhrəti, qalmaqal və “layk” naminə 3 min şəhid ailəsinin evindəki göz yaşlarına səbəb olmuş Paşinyanı özünə örnək hesab edən Osmanqızı kimilər artıq “Vətənim Azərbaycan” sözlərini demək haqqını itirmiş satqınlardır”.

“Bu, İslam ölkələrinin, müsəlmanların timsalında radikalist, terrorçu obrazı formalaşdıran Qərb fundamentalistlərinin illərdir həyata keçirdiyi siyasi-ideoloji xəttin məhsuludur”

Məqalədə daha bir nüans diqqət çəkir. SİTAT: “Canlı efirdə izləyicilərin qarşısında bu sözlərin səsləndirilməsi heç şübhəsiz ki, bilavasitə “xəyanətə hazıram” mesajının düşmənə ötürülməsi deməkdir. Siz deyin, “Kaş ki, mənim rəhbərim erməni olaydı” deyənin özünü azərbaycanlı hesab etmək üçün mənəvi haqqı varmı? Məlum efirdən Ermənistanın Baş nazirinə rəğbət etiraflarından sonra aparıcı Sevinc Osmanqızı öz verilişlərini artıq yalnız erməni dilində aparmalı deyilmi? “Osmanqızı tv” kanalında baş verənlər artıq sadəcə efir xuliqanlığı deyil, hətta bir cinayətdir. “Kaş ki, Prezidentimiz Paşinyan olardı” sözləri deyən şəxs insanları açıq şəkildə Vətənə qarşı casusluğa sövq edir. Heç şübhəsiz ki, damarlarında azərbaycanlı qanı axan insan mina xəritələrini alver predmetinə çevirən Ermənistanın Baş nazirini özünə nümunə və örnək saya bilməz. Mülki şəxslərin ölümünə və şikəst olmasına səbəb olan, mina xəritələrini verməyən rəsmi İrəvanın rəhbərliyini tərifləyən radikal müxalifət “əcəb edib xəritələri verməyiblər” demiş kimi də olurlar. Bu mənada, “Kaş ki, Prezidentimiz Paşinyan olardı” sözlərinin müəllifi xalqın uğur və sevinclərinə sevinməz, onu şad edən ancaq Ermənistanın cinayətləridir. Necə ki, Əli Kərimlinin qadın truppasının rəhbəri Dilarə Miriyeva ermənilərin mina terroru zamanı şəhid olmuş jurnalistlərimizə “zurnalist” deyirdi, Qənimət Zahid isə Hərbi Qənimətlər Parkına “Hərbi Cinayətlər Parkı” adı verirdi... Erməni ideologiyasının daşıyıcılarından biri olan AXCP üzvü Məhəmməd Mirzəli isə Azərbaycanı Avropada “Qarabağ” adı ilə təmsil edən futbol komandasına qarşı təxribat törədir və sonra da “facebook” statusunda yazır ki, “Qarabağ” futbol klubunu radikal islamçılar idarə edir və bu adamlar yeri gəlsə, stadionun ortasında başda kəsərlər, yəni bu qədər əclaf adamlardır”. Bu cür fikir bilirsinizmi kimlərin ritorikasıdır? Bu, İslam ölkələrinin, müsəlmanların timsalında radikalist, terrorçu obrazı formalaşdıran Qərb fundamentalistlərinin illərdir həyata keçirdiyi siyasi-ideoloji xəttin məhsuludur”.

“Düşünün, özünə azərbaycanlı deyən kimsə, öz ordusundan düşmənlərə şikayət edərmi?”

Müəllif haqlı olaraq sual edir - İndi başa düşürsünüzmü ki, Əli Kərimlidən təlimatlar alan bu cəbhəçi Məhəmməd Mirzəli hansı dairələrə qulluq edir..? Azərbaycandan qadın paltarından qaçmış, anasının erməni olması barədə sübutlar olan RATİ sədri Emin Hüseynov daha da irəli gedərək şəhidlərimizin qisasını almış, torpaqlarımızı işğaldan azad etmiş, hazırda da düşmənlə üz-üzə dayanan, sərhədlərimizi qoruyan ordumuzdan AŞPA-ya şikayət edib. Düşünün, özünə azərbaycanlı deyən kimsə, öz ordusundan düşmənlərə şikayət edərmi? Bu, açıq düşmənçilik, hətta erməniçilik deyilmi? Heç Ermənistan rəsmiləri bu qədər irəli gedə bilmirlər, amma özünə azərbaycanlı deyən bəzi ermənidən artıq ermənilər bu mənəviyyatsızlığı, düşmənçiliyi edirlər...

“Göründüyü kimi, söz azadlığını mənəviyyatsızlıq ilə qarışdıran, 30 il ərzində torpaqlarımızı işğal etmiş və 1 milyona yaxın azərbaycanlının məcburi köçkün, qaçqın şəraitində yaşamasının səbəbkarı olan ölkənin rəhbərini özünə örnək seçmiş bu radikallar əslində Ermənistanın cinayətlərinə şərik çıxırlar”, deyə bildirilir.

Əslində isə bu məqalədən də nəticə çıxararaq qeyd edə bilərik ki, hazırkı dövrə qədər bizlər yüzlərlə bu kimi faktları, dəlilləri, sübutları ictimai rəyin diqqətinə çatdırmışıq və dəfələrlə (!) bildirmişik ki, artıq bu xainlərin cavabları sərt və qətiyyətlə verilməli, gərəkdirsə onlar bu millətin adını daşımaqdan məhrum olunmalıdırlar. Onlara daha çox faşist ideologiyasına xas olan Daşnak, Krunk, ASALA kimi adlara layiqdirlər, hətta Andranik, Njde, Monte, Zori adları da sanki onların alınlarına vurulmuş silinməz möhür kimi həkk edilib. Belədirsə, bu zaman açıq-aşkar öz erməni aşiqlərinin ağuşlarında bəsləndiklərini, Paşinyana olan izafi məhəbbətlərini daha açıq-aydın ifadə etsinlər, hətta Sevinc Osmanqızı Nikolu arvadı Anna Akopyandan boşatdırıb, ona özü kimi bir erməni uşağı da bəxş etsin. Zatən Nikola aşiq deyilmi?

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə