Qax rayonunda şəhid Cavid Abdullayevin xatirəsi anılıb

Qax rayonunda şəhid Cavid Abdullayevin xatirəsi anılıb

YAP Qax rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin oxuduğu məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Qax rayonu Qaşqaçay kəndindən şəhid Abdullayev Cavid Vahid oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra partiya fəalları şəhidimizin ailəsinə baş çəkib, onların problemləri ilə maraqlanıb, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə