“Təxribatlar tərəflər öhdəlik götürənə qədər davam edəcək” - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

“Təxribatlar tərəflər öhdəlik götürənə qədər davam edəcək” - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu təxribatlarının nə vaxta qədər dava edəcəyi ilə bağlı suala politoloq Fərhad Məmmədli SİA-ya verdiyi açıqlamasında aydınlıq gətirib.

Politoloq qeyd edib ki, təxribatlar, atışmalar tərəflər öhdəlik götürənə qədər davam edəcək.

“Tərəflər bütün məsələləri, ziddiyyətləri siyasi, diplomatik yollarla həll edə bilərlər. Bütün bunlar ya sülh müqaviləsi çərçivəsində həll oluna bilər, ya da sərhədlərin delimitasiya və demarkasiya edilməsinin kamissyasını yaratmaqla, bu öhdəliyi götürməklə həll edilə bilər.

İki ordu qarşı-qarşıya dayanıb və aralarında məsafə on metrlərlə ölçülür. Sərhəd də müəyyən olunmayıbdır və bu şəraitdə belə təxribatların olması üçün şərait var. Bax, bu öhdəliklərin götürülməsi, sülh müqaviləsinin imzalanması həmin təxribatlara son qoya bilər”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə