“Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin davam etməsi çox müsbət haldır. Ekspertlər bu mövzu ilə bağlı müxtəlif təkliflər, iradlar, tövsiyələr bildiriblər. Mənim qənaətimcə, bu qanun medianın inkişafına dəstək, jurnalistika sahəsində bir sıra problemlərin həllinə səbəb olacaq. Digər tərəfdən, cəmiyyətdə gedən proseslərin dinamikasına təsir edəcək”. Bunu MQF-nin prezidenti Rauf Zeyni SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, vaxtı ilə qəbul edilmiş KİV haqqında qanun cəmiyyətin, medianın indiki inkişaf dinamikasına cavab vermirdi: “Bu baxımdan qanunun yenilənməsi zəruri idi. “Media haqqında” Qanundan biz nə gözləyirik” sualına cavab olaraq onu deyə bilərəm ki, bu qanun öncə medianın iqtisadi problemlərinin həllinin tapılmasında mühüm rol oynayacaq. Çünki iqtisadi faktor çox zəruridir. Digər tərəfdən, jurnalistika sahəsində hərc-mərcliyin aradan qaldırılmasına, yəni jurnalist kimdir sualına cavab tapacaq”.
R.Zeyni onu da bildirdi ki, hər yazan jurnalist ola bilməz: “Bu baxımdan, vətəndaş jurnalistikası məsələsinə bir aydınlıq gətiriləcək. Nəhayət, yeni media quruluşlarının, saytların, İnternet TV-lərin fəaliyyəti üçün hüququ baza yaranacaq. Digər tərəfdən, sosial şəbəkələrdə dərinləşən problemlərin, təhlükəli tendensiyaların aradan qaldırılmasında yeni qanun mühüm bazaya çevrilə bilər. Dünya üçün təhlükəyə çevrilən sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi çətin olsa da, bunun müəyyən bir hüquqi sənədlərdə həlli ilə bağlı addım atılmışlar. Düşünürəm ki, müəyyən dəyişiklikdən sonra Azərbaycan Respublikasının “Media haqqında” qanunu xeyli təkmilləşəcək. Bu da cəmiyyətimiz, müasir və milli mediamız üçün, jurnalistikamız üçün effektli olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB