Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən ölkədə tətbiq edilən xüsusi karantin rejimin qaydalarına riayət etməklə anım mərasimi keçirilib. Buxarest şəhərinin “Tey” parkında ümummilli lider Heydər Əliyevin büstü önünə əklillər qoyulub. Tədbirdə Türkiyənin Rumıniyadakı səfirliyinin nümayəndələri, Rumıniyada yaşayan soydaşlarımız, tələbələr və Azərbaycanın dostları iştirak ediblər.
Anım mərasimində çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək, ölkəmizin müasir tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyini qeyd edib. Vurğulanıb ki, 1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkə fəlakətdən qurtulub.
H.Nəcəfov diqqətə çatdırıb ki, Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilib.
Səfir qeyd edib ki, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq Qələbə qazanıb və ərazi bütövlüyümüzü təmin edilib.
Diplomat bildirib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi daim qalacaqdır.
Daha sonra Hüseyn Nəcəfov tədbir iştirakçılarını ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
Qeyd edək ki, Rumıniyanın “AGERPRES” Milli Xəbər Agentliyi səfir Hüseyn Nəcəfovun “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il ötür” adlı məqaləsini də dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB