“Media haqqında” qanun medianın inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir” - ALYANS SƏDRİNİN MÜNASİBƏTİ

“Media haqqında” qanun medianın inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir” - ALYANS SƏDRİNİN MÜNASİBƏTİ

“Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova deyib.

Alyansın sədri vurğulayıb ki, hazırda media məkanında sürətli qloballaşma prosesi gedir.

“Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, Cənab Prezidentin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün nəzərdə tutulan “Media haqqında” qanun milli medianın daha da inkişafına imkan verəcəkdir. “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir”, deyə Nüşabə Məmmədova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə