“Düşmənlərimizin əlinə işləyənlərdən nə desən gözləmək olar” BAMF SƏDRİ ŞƏRH ETDİ

“Düşmənlərimizin əlinə işləyənlərdən nə desən gözləmək olar” BAMF SƏDRİ ŞƏRH ETDİ

Osmanqızının səsləndirdiyi fikirlərdən sonra adamın qanı donur və heç cür inanmaq istəmirsən, eşitdiklərinə inanmaq belə istəmirsən ki, belə bir fikirlər səslənib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

BAMF sədri qeyd edib ki, azərbaycanlı ola, xanım ola, özünə də belə bir fikirləri söyləməyi rəva bilə, bunu dillə ifadə etmək çox çətindir və belə bir fikri səsləndirən adam haqqında uyğun ifadə tapmaq olmur.

“Son 30 ildə Azərbaycan hansı bəlaları çəkdi, hansı ağrı-acılardan keçdi? Qarabağ faciəsini bilən insanlar, yaşayan insanlar bunun daha çox fərqindədirlər. Bilməyən o insanlar isə Qarabağın havasını görməyiblər, erməni vandallarının orada törətdiyi vəhşiliklərdən xəbərdar deyillər. Onlar Paşinyanların, erməni xalqının əsas idoloqlarından biri olan Zori Balayanlarla Şuşada qol qaldırıb oynamasının Azərbaycan xalqı üçün nə böyük təhqir olduğunun fərqində deyillər. Ona görə də bu cür insanlardan nə desən gözləmək, hansı şəkildə bəyanatlar desən eşitmək olar.

30 illik istirabımıza, 30 illik rəzalətə, 30 illik utanca 44 gün içərisində son qoyuldu, müzəffər ordumuzun və Ali Baş Komandanımızın hesabına. Təəssüf ki, bu cür insanlar Azərbaycan xalqı bütövləşdikcə, Azərbaycan xalqı öz lideri ətrafında daha çox sıx birləşdikcə, hər cür ifadələr səsləndirməyi özlərinə rəva görürlər. Ümumiyyətlə, Azərbaycandan kənarda yaşayan bir qrup insanlar var ki, Azərbaycana, xalqımıza, dövlətimizə, millətimizə, dövlət başçımıza çamur atmaqla məşğuldurlar və fərqində deyillər ki, bizim düşmənlərimizin əlinə işləyirlər. Mən istəyirəm onlar bir şeyin fərqində olsunlar ki, onların bu fəaliyyətlərinin heç bir perspektivi və fayfası yoxdur. Azərbaycan öz düzənində, Azərbaycan öz yolundadır və qələbədən sonra da uğurlu yolundadır. Ölkədə müəyyən çətinliklər, müəyyən problemlər ola bilər, bunu dövlət başçısı da gizlətmir, amma bu heç kəsə haqq vermir ki, öz şəxsi incikliklərinə görə millətinə, xalqına, dövlətinə, dövlət başçısına çamur atsın. Mən bu cür insanlara ar olsun deyirəm”, deyə Umud Rəhimoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə