"Tarixə atılan imza" adlı fləşmob keçirilib - VİDEO

"Tarixə atılan imza" adlı fləşmob keçirilib - VİDEO

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və AzTU-nun birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan "Tarixə atılan imza" adlı fləşmob keçirilib. SİA-nın verdiyi məlumata görə, fləşmobdan əvvəl Ümummilli Liderin AzTU-nun foyesindəki büstü ziyarət olunub, qızılgül dəstələri düzülüb.

Fləşmobda AzTU-nun tələbələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin imzası yaradılıb.

https://youtu.be/N4f8XqB0PI4

Bütün xəbərlər Facebook səhifəmizdə