Bəhruz Quliyev: "Media islahatları yeni uğurlara, imkanlara yeni yollar açacaq" - AÇIQLAMA
"Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yeni və daha mütərəqqi islahatlar erasına qədəm qoydu. Bu xüsusda, digər sahələrlə yanaşı medianın da ayrıca və məxsusi payı oldu". Bu fikirləri SİA-ya açıqlamasında SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsinin mühüm addımlarından biri kimi qiymətləndirilən uğurlu islahatlar reallığının məhz media sahəsindən başlaması isə təsadüfi sayıla bilməz: "Xüsusilə, Vətən müharibəsindən dərhal sonra - yanvar ayının 12-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında imzaladığı Fərmanı da belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu sahənin önəmi və əhəmiyyətli fəaliyyəti qarşıda dayanan bir sıra tələbərdən irəli gələn münbit reallıq amilidir. İlk olaraq bu, dinamik şəkildə dəyişən, yeniləşən, eləcə də qloballaşan dünyanın tələbidir ki, onun bir parçası kimi müstəqil Azərbaycan dövləti də daim öz yenilikləri ilə sözünü deməkdədir. Əlbəttə ki, bir ölkənin təbliğatı, həqiqətləri dünyaya media vasitəsi ilə çatdırılır və bu, paralel olaraq dövlət siyasətinin tərkib hissəsi kimi də qiymətləndirilməkdədir. Məhz Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında mediamızın üzərinə böyük məsuliyyət düşürdü ki, istər televiziyalarımız, istər çap mediamız, istərsə də audiovisual, yaxud elektron media qurumlarımız həmin istiqamətdə öz səriştələrini maksimum şəkildə ortaya qoyurdular.
Lakin zaman ötdükcə müasir dünyamızın tələbləri də artır, medianın bir instusional mərkəz kimi fəaliyyət tendensiyalarında daha mütərəqqi icra mexaizmlərinin funksiyası yönündə tələblər yaranır.
Bu baxımdan, İlham Əliyev cənabları yeni islahatlar dönəmində ilk qərarını hər zaman aktual olan media sahəsi ilə bağlı verdi. Belə ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcud olan vahid informasiya platforması kontekstində intensiv yeniliklərin tətbiqi danılmaz zərurətə çevrilmişdi. Nəticədə dövlət başçımız öz iradəsi və qətiyyəti ilə bu mühüm Fərmanını imzaladı və milli mediamızın köklü islahatlar aparmasının vacibliyini vurğuladı".
Bəhruz Quliyev bildirib ki, artıq yeni qanun layihəsi hazırdır və onun qəbul edilməsi ilk olaraq informasiya-kommunikasiya vasitələrinin sürətlə inkişaf etməsinə, daha mütərəqqi texnologiyaların tətbiqinə, media sahəsindəki iş icralarının və metodlarının yenilənməsinə, müasir dövrdə media sahəsinin keyfiyyətcə daha münbit dəyişikliklərinə stimul verəcək: "Daha bir xüsusi məqam budur ki, media ilə bağlı təqdim edilən yeni qanun layihəsi modernləşmənin, qabaqcıl texnologiyaların geniş tətbiqinin, rasionallığının şərtlərini vahid sferada birləşdirir və bilavasitə innovativ təkamülün bütün mümkün töhfələrini mövcud islahatlarla eyni müstəviyə gətirir.
Beləliklə, qanun layihəsində əks etdirilən müddəaların hər birinin ayrı-ayrılıqdakı önəmi - vahid jurnalist kartının yaradılması, məlumat almaq hüququnun təkmilləşdirilməsi, redaksiyaların potensial bazalarının müasir tələblərlə və standartlarla təminatı, media qurumlarının dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, vəzifəli şəxsərlə aparılacaq iş prinsiplərinin yenilənməsi, habelə informasiyanın əldə edilməsi və s. kimi bəndlər bütövlükdə yeni, müasir və mütərəqqi medianın yaranması faktını gerçəkliyə çevririr. O cümlədən, bu sahədə arzuolunmaz halların da aradan qaldırılması yönündə də çox əhəmiyyətli məqamlar Milli Məclisə təqdim edilən qanun layihəsində əks olunmaqdadır.
Söz yox ki, bu kimi üstünlüklərdən bəhrələnəcək yeni və müasir mediamız həm də dünyanın media məkanına bir nümunə etalonunu təqdim edir və inanıram ki, keçirilən media islahatları qarşımızda yeni uğurlara, imkanlara yeni yollar açacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB