"Ermənistanın dəvət olunması demokratiya oyunundan başqa bir şey deyil" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ
"ABŞ kimi özünü demokratiya beşiyi adlandıran bir ölkənin Demokratiya Sammiti keçirərək dəvət olunan ölkələr arasında ayrı-seçkilik qoyması demokratiya adına utancverici bir hadisədir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O, qeyd edib ki, əlbəttə, mən başa düşürəm ki, bütün dünya dövlətlərini bu sammitə çağırmaq real deyil. Lakin Türkiyə kimi NATO üzvü və ABŞ müttəfiqi olan, eləcə də Azərbaycanla regionda təhlükəsizliyin təmin olunmasında ABŞ-ın bütün dövr administrasiyaları ilə yaxından işləyən və hər zaman ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan dövlətinin bu sammitə dəvət olunmaması heç cür anlaşılmır.
Vüqar Əhmədov bu barədə fikirlərini belə izah edib: "Hesab edirəm, bu indiki ABŞ administrasiyasının kobud səhvidir. Bu sammitə Ermənistanın dəvət olunması isə demokratiya oyunundan başqa bir şey deyildir. Görünür ki, ABŞ bölgədə sabitliyi pozmağa və sülhə təhdid yaradan ölkələri bu cür sammitə çağırmaqla başqa bir məqsəd güdür. Ermənistanın və bu qəbildən olan ölkələrin demokratiya adlandırılan sammitlərdə iştirakı bu cür tədbirlərə olan etimadı və Amerikaya olan inamı ciddi şəkildə sarsıdır, regionda, xüsusən Avrasiya məkanında sülhə və sabitliyə zərər vurur. Düşünürəm ki, bu cür məsələləri hazırkı demokratlardan olan ABŞ administrasiyası ciddi götür-qoy etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB