SİA xəbər verir ki, fransalı səfir rəsmi tviter hesabındakı paylaşımında bildirib:
“Fikrim bu gün Daşaltıda mina partlaması nəticəsində həlak olan iki mülki şəxsin ailələrinin yanındadır”.
Qeyd edək ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində iki mülki şəxs minaya düşüblər. Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB