Azərbaycanı "3+3” platformasında Xələf Xələfov təmsil edəcək

Moskva şəhərində sabah "3+3” formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Bu barədə SİA Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın təşəbbüsü ilə yaradılmış "3+3” formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə