Nərimanov rayonunun gəncləri ilə görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə rayonun fəal gəncləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, respublikamızın ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Özündə yüksək intellektual potensialı birləşdirən YAP sıralarında gənclər böyük üstünlük təşkil edir.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazandığını qeyd edib. Onun sözlərinə görə, YAP-ın VII qurultayında partiyamızın Sədri, Prezident İlham Əliyev gənclərə müvafiq tövsiyə və tapşırıqlarını verib. S.VəliyevVətən müharibəsinin tarixi qələbə ilə başa çatdığını və bu qələbədə gənclərin mühüm rol oynadığını söyləyib. Təşkilat sədri gələcək fəaliyyətlə əlaqədar Nərimanov rayon gənclərinin müxtəlif layihələr və proqramlarında Yeni Azərbaycan Partiyasının hər zaman dəstək olacağını diqqətə çatdırıb.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bu cür görüşlərin davam edəcəyini bildirib.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, təkliflər dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə